Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Noy

    BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ QEYD OLUNUB

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-004YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul olunmuş qərarına əsasən quruma üzv ölkələr hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edir.
    Bu münasibətlə rayonumuzdakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycan xalqının digər millətlərin, dinlərin və konfessiyaların nümayəndələri ilə ortaq dil tapması bacarığı ölkəmizdə millətlərarası sülh və rifah şəraiti yaratmağa imkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”.
    Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Təsadüfü deyil ki, hazırda ölkəmiz multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir.
    Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Emin Pənahov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon böl-məsinin əməkdaşı Kənan Xudiyev, rayondakı Cümə Məscidinin axundu və dini icmanın sədri Sadiq Cəfərov çıxış edə-rək bizim mürəkkəb, ziddiyyətlər və təzadlarla dolu dövrümüzdə radikal dini təriqətlərə qarşı xüsusilə diqqətli olmağın vacibliyini söyləmişlər.
    Bu mövzuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağ-cabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfovun söhbəti də maraqla dinlənilmişdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:27

    Teqlər:

İsmarıclar bağlıdır.