Müqtədir sənətkarımız Məhəmmədhüseyn Şəhriyar şeirlərindən birində gecənin bir məqəmında yalnız Tanrının və özünün oyaq olduğunu göstərərək ehtiramla deyirdi:
«Məndən aşağı bir kimsə yox, Ondandan da yuxarı»
Əlbəttə sevimli şairimiz təvazökarlıq edir. Tanrıya ən yaxın olan bəndələr peyğəmbərlər, onlardan sonra isə şairlərdir.
Bu baxımdan sıradan birisinin şair barədə söz demək cəsarətində bulunması qəribə görünür. Çünki şair barədə nə qədər yüksək sözlər desək də ancaq onun əl-ətəyinə yetmək olar. İllahda ki, şair Tofiq Yusif ola.
Tofiq Yusiflə qiyabi tanışlığım hardasa 1993-1994-cü illərdə olub. Bir qərib gecədə təsadüfən əlimə bir kitab keçdi. Kitabdakı şeirlər məni heyrətə saldı. Sabitqədəm, yaradıcılıq zirvəsində qərar tutmuş bir şair həyatdan vaxtsız getmiş qardaşını ağlayırdı. Şeirlər o qədər təbii, o qədər səmimi, ana laylası tək elə rəvan və həzin idi ki, mən şairin naləsini eşidir, onun almaz tək göz yaşlarını görür, qəlbinin göynərtilərini fiziki olaraq hiss edirdim. Daha ətraflı »
Yeni ismarıclar