Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,725
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02İyl
    Xəbərlər 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür üçün şərhlər bağlıdır

    Hərbi hissədə tədbir

    DSC_5768Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun və rayon ictimaiyyətinin nümayəndələri 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılması Günü münasibəti ilə “N” saylı hərbi hissədə olublar. Tədbiri hərbi hissə komandirinin vəzifəsini icra edən zabit açaraq əsgərləri Milli Ordumuzun yaranması günü münasibəti ilə təbrik edib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Tərtər RİH-də Dövlət Qulluqçularının peşə bayramı üçün şərhlər bağlıdır

    DSC_5643 Bu münasibətlə keçirilən tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə gül  dəstələri qoyub, xatirəsini etiramla andılar. Sonra tədbir rayon Gənclər  Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müstəqil respublikamızın hər yerində olduğu kimi 9 ildir ki, rayonumuzda da Dövlət Qulluqçularının peşə bayramı təntənə ilə qeyd olu-nur. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət Qulluqçularının peşə bayramı günü elan edilib. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər Professor Rasim Axundov doğma məktəbində olub üçün şərhlər bağlıdır

    Q_1Bu görüş Azadqaraqoyunlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi üçün daha əlamətdar, yaddaqalan olub. Ona görə ki, həmişə olduğu kimi bu il də vaxtilə bu kənd məktəbində təhsil alan, texnika elmləri doktoru, professor Rasim Axundov onların görüşünə gəlib. Bu görüş həm müəllimlər, həm də şagirdlər və valideynlər tərəfindən böyük sevinclə qarşılanıb.
    Professor şagirdlərə daim elmli olmağı tövsiyə edib və müstəqil həyatda onlara uğur-lar diləyib. Orta məktəb illərində yiyələndikləri bilikləri ali məktəb auditoriyalarında daha da artırmağı arzulayıb. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Səhiyyə Tibb İşçiləri Günü qeyd olundu üçün şərhlər bağlıdır

    DSC_5596   Tibb işçilərinin peşə bayramı münasibətilə rayon Gənclər Mərkəzində tədbir  keçirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim  Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. Göstərib ki, Ulu  Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə hər il 17 iyun  ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər 26 iyun-Narkomaniya ilə mübarizə günü üçün şərhlər bağlıdır

    Silsilə tədbirlər

    IMG_8787Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun səhiyyə, mədəniyyət, gənclər və idman idarələri tərəfindən yerlərdə “Narkomaniyaya yox deyək” mövzusunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər Növbəti səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    DSC_5564   Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
    Belə görüşlərdən biri də rayonun Söylən kəndində keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Milli-mənəvi dəyərlər Mübarək Ramazan ayı üçün şərhlər bağlıdır

    Orucun mənəvi savabı

    Новое изображение Mehriban və bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz”.
    Uca Yaradanın sevimli Peyğəmbəri (s) vasitəsilə bəşəriyyətə hədiyyə etdiyi hikmətlərlə dolu olan ayinlərdən biri də Hicri-qəməri təqviminin 9-cu ayına təsadüf edən ramazan orucudur. Hz. Peyğəmbər (s) buyurur ki, “Ramazanın 70 hikməti var!” Doğrudan da, bu müqəddəs ay başdan ayağa rəhmət, yaxşılıq, imkanlı-imkansız arasında bir körpü, dolayısı ilə toxun acdan xəbəri olan bir aydır. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Digər Bacarıqlı dərzi üçün şərhlər bağlıdır

    kisiDərzilik elə peşədir ki, ona həmişə ehtiyac duyulur. Müasir həyatımızda hər kəs səliqəli görünməyə, dəblə ayaqlaşmağa çalışır. Bəzən hazır alınmış paltarlarda, kostyum və paltolarda bacarıqlı dərzinin əl gəzdirməsi lazım gəlir. Belə olan halda təcrübəli, işini bilən, səliqəli dərzi axtarılır. Mehman Sadıqov həmin dərzilərdəndir. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Səhiyyə TiBB BACILARI üçün şərhlər bağlıdır

    Изображение JPEG (142635)Yaxın günlərin söhbətidir. Rayon uşaq xəstəxanasına ağır xəstələnmiş bir azyaşlı gətirmişdilər. Həkimlərin müayinəsindən sonra məlum olmuşdur ki, uşaqda pnevmaniya xəstəliyi var. Buna qarşı həkimin diaqnozu ilə təcili tibbi yardım göstərilməlidir. Tibb bacıları Lalə Bəxtiyarova və Gülnarə Nəsirovaya tapşırıq verilir və onlar işə başlayırlar… Daha ətraflı »

    Teqlər: ,

  • 20İyn
    Digər SADƏ PEŞƏ ADAMLARI üçün şərhlər bağlıdır

    PEŞƏSİ İLƏ FƏXR EDİR

    mirzəMirzə İsmayılovu rayonumuzda tanımayan adam bəlkə də yoxdur. Bunu əminliklə deyirəm. Ona görə ki, 30 ilə yaxın bir vaxt ərzində elektriklə işləyən məişət avadanlıqlarının–ütü, tozsoran, ətçəkən, fen, avtotransformatorların təmir işlərini keyfiyyətlə görür. Iş yeri bazarın qarşısındadır. Onun yanına gətirilən işləməyən cihazları keyfiyyətlə təmir edib sahibinə qaytarır. Buna görə də insanlar arasında böyük hörməti var. Sənətdən söz düşəndə Mirzə deyir ki, mən peşəmlə fəxr edirəm. Çünki həyatda pis peşə, pis sənət yoxdur. Ancaq pis sənətkar var. Elələri var ki, işinə səhlənkar yanaşır, işi başdansovdu görür. Onda bu da istər-istəməz insanlarda narazılıq yaradır. Yetər ki, gördüyün işə ürəkdən yanaşasan, insanların inamını qazanasan. Bax, onda olursan yaxşı sənətkar. Daha ətraflı »

    Teqlər: