Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyn

    93AAEDED-EF87-438D-8CF9-E12AD1CFB4AB_mw800_sBismillahir Rəhmanir Rəhim!
    Mehriban və Bağışlayan Allahın Adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə surəsi, ayə 238.) Hz. Peyğəmbərimiz (s) buyurur: “Ümmətim Ramazanın xeyrini və yüksək şərəfini bilmiş ol-saydı bütün ilin Ramazan olmasını arzu edərdi”.
    Ramazan hicri qəməri təqvimin 9-cu ayıdır, mənası “yandırmaq” anlamı verən bu ay, sair aylardan öz zəhməti, bərəkəti və insanlara bir insaf aşılaması ilə kəskin seçilir. Çünki oruc ayini məcburi ayindir və ona əməl etmək hər bir müsəlmana vacibdir (xəstələr və səfərdə olanlar istisnadır). Heç bir zaman aclıq, susuzluq və məhrumiyyət görməyən in-san (müsəlman) oruc tutub bu dilin anlada bilməyəcəyi acı hisslərdən xəbardar olmuş olur. Və beləliklə də onda bir rəhmət və insaf hissi əmələ gəlir, o da imkansızlara yardım etməyə başlayır. Elə məhz buna görə də Ramazan ayına Rəhmət ayı deyilir. Mərhəmətli Allahımız özü bəndələrinə qarşı şəfqətli olduğu kimi, hər fürsətdə çalışıb ki, bəndələri də bir-birinə ehtiram göstərə. Bəqərə s. ayə 184-də buyurulur ki, xəstə olub oruc tuta bilməyən müsəlman, bunun kəffarəsini imkansızlara ödəsin. Günə bir yoxsulu doyuracaq qədər fidyə verməklə bir yaxşılıq etsin Allah bəndəsinə. Və yenə də Ramazan bayramına yetişən hər bir müsəlman ailədə olan insan sayına görə (əgər kimsə fitr gecəsi onun qonağı olarsa həmən adamın da) imkansızlara, əlillərə, işləmək qabiliyyətini tamam itirmiş şəxslərə yardım etməlidir ki, buna da fitr bayramı deyilir. Sanki Allahımız məxsusən bu ayda bəndələrinə daha çox bir-birinə yaxşılıq etməsi fürsəti verib! Ramazan ayı həmçinin nuru bütün dünyanı tutmuş Qurani Kərimin nazil olma ayıdır. Bu barədə Qədir surəsində ətraflı deyilir. Yenə buyurur ki, “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər”. (Bəqərə s. Ayə 186) Pakistanlı doktor İşam Hüseyni, gözəl əməllərinin mükafatlandırılması üçün başqa bir əyalətə dəvət alır. Təyyarə havada olarkən güclü yağış başlayır və təyyarə məcburi eniş edir. Həkim soruşur ki, hava sakitləşəndə ora təyyarə bir də nə vaxt gedər? “16 saatdan sonra” cavabı alır və “maşınla 4-5 saata gedilən yoldur” deyirlər. İ. Hüseyni aeroportdan bir maşın kirayələyərək yola düşür, fəqət bir kəndin yaxınlığından keçərkən yolların sel suları tərəfindən yuyulduğunu və yolun keçilməz olduğunu görür. Maşından enərək yaxınlıqda bir evin qapısını döyür. Qapıya çıxan yaşlı qadın onu evə dəvət edir. Həkimin qarşısına çay və yemək qoyaraq özü namaza gedir. Qadın namaz qılarkən həkim otağı nəzərdən keçirir və görür ki, beşikdə bir körpə lal dinməz yatır və qadın da namazda göz yaşı tökərək Rəbbindən nəyisə çox diləyir. Elə ki, qadın namazı bitirir, həkim soruşur ki, ay ana, bu körpə kimindir; ata-anası hanı bunun? Və siz niyə elə ağlayırdınız? Nə müşkülünüz var? Qadın cavab verir ki, oğlum, bu uşaq nəvəmdir, onun valideynləri maşın qəzasında həlak oldular. Bu uşaq xəstədir, bizim əyalətin həkimləri deyiblər ki, bu uşağı yalnız bir həkim var, adı da İşam Hüseyni, o müalicə edib sağalda bilər. Allahdan istəyirdim ki, mənə kömək olsun və mən bu uşağı aparım həkimin yanına. Söz bu yerə çatanda İ. Hüseyni göz yaşları içində deyir: “ Ay ana, sənin duaların ildırımlar çaxdırdı, təyyarəni yerə endirdi, sənin duaların selə dönüb yollar yudu və məni, İşam Hüseyni sənin yanına gətirib!
    Allaha sonsuz şükürlər olsun. Allah bu əziz ayda bütün hacət və dualarımızı qəbul etsin. Bu ay elə bir ay olsun ki, xalqımızın tarixinə qızıl hərflərlə yazılsın. Amin!

    Saleh Ədilov

    Müəllif: Redaktor, 14:17

    Teqlər:

İsmarıclar bağlıdır.