Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyn

    2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Təəssüf ki, indi bu mövzu biz azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənistanın ölkəmizə təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkəsinə çevirib. Dövlətimizin qayğısı ilə bu gün məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur.
    Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Böyük öndərin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlayıb.
    2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.
    Dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin “böyük qayıdışı” layihəsi də artıq hazırdır. Bu proqram müxtəlif nazirliklər, dövlət komitələri və beynəlxalq təşkilatlar tərəfindən razılaşdırılıb. Layihə işğal altında olan torpaqlarımız azad olandan sonra həyata keçiriləcək. Görülən işlər isə əsas verir ki, qaçqın və köçkünlərin doğma yurda “böyük qayıdış”ı tezliklə gerçəyə çevriləcək. Bu gün öz məcburi köçkünlərinə hər cür şəraiti təmin edən dövlət dədə-baba torpaqlarımızı xilas etməyə və sonra həmin yerlərdə də böyük quruculuq-abadlıq işləri aparmağa qadirdir.

    Müəllif: Redaktor, 15:42

    Teqlər:

İsmarıclar bağlıdır.