İNSANLARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DAYANANLAR
Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə rayonun səhiyyə işçiləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir.
Tədbiri rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hippokrat andlarına sadiq olmağı arzulamışdır. O, qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
Çıxışının sonunda Elvin Umudov 1-5 aprel müharibəsində göstərdikləri fədakarlığa görə tibb işçilərinə rayon icra hakimiyyəti başçısının təşəkkürünü çatdırmışdır.
Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik etmiş, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat vermişdir.
Baş həkimin təbrikinə rayon mərkəzi xəstəxanasının şöbə müdiri, mama-ginekoloq Tamella Tağıyeva, uşaq məsləhətxanasının baş həkimi Zəhra Hüseynova, Sarov kənd həkim məntəqəsinin müdiri Zoya Muradova və rayon uşaq xəstəxanasının həkimi Ramiz Mehdiyev də qoşulmuşlar.
Tədbirdə əhalinin sağlamlığı keşiyində dayanan tibb işçilərindən bir qrupuna rayon icra hakimiyyəti başçı-sının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olundu.
“Yeni Tərtər”