Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Yan

    Çox hörmətli və mənim üçün əziz olan oğlum Tofiq Yusif! Sizin Məmməd Aslan haqqında yazınızı oxudum. Bəli, Dəlidağın vəfalı oğlunu, Kəlbəcərli günlərinin itkisi çox yandırdı-yaxdı!
    Canında gəzdirdiyi bu ağır itkinin təsirindən özünü oda atmağa tələsən pərvanəyə bənzəyirdi. Şairlə bir neçə dəfə Az TV-də görüşümdə hiss etdim ki, son dərəcədə narahat və qəmlidir. Televiziyanın proqram verilişinin redaktoru idi.
    Tərtəri və tərtərliləri çox sevirdi. Bu eldə-obada çoxlu dostları vardı. Sabir Paşayev, Abbas Fətəliyev, Sahib Əhmədov və başqaları.
    Şairin apardığı verilişə bir neçə dəfə məktub yazdım. Yazılarım xoşuna gəlmişdi, əksərini də verilişində istifadə etdi. Ələlxüsus “Qaraca çoban”, yəni bu boyun təhlilini verdiyim üçün televiziya vasitəsilə mənə təşəkkürün də bildirdi.
    Əkil-bəkil quş idi,
    Qayaya qonmuş idi.
    İstədim onu tutam
    O, məni tutmuş idi.
    Qaraca çobanın adı Bəkildi. Bu bayatı onun cəldliyinin, cəsurluğunun, bütövlüyünün mənzum ifadəsidir.
    Sonralar görüşə bilmədik. Ancaq hər Tərtərə gələndə dostlarından məni soruşar və salam yollayardı.
    Məmməd Aslan, həm də folklor bilicisi idi.
    Onun kitablarında möcüzəli folklor nümunələri var.
    Məsələn, “Tülkü və dəvə.”
    Bir kişinin dəvəsinin ayağı sınır, kişi bir müddət dəvəni işlətmir, onu meşənin kənarında hörükləyir ki, ayağı sağala. Meşədən çıxan tülkü bunu görür. Dəvəyə yaxınlaşır, görür yatıb. Bir gün tülkü bu çoxluca yemi öz yuvasına aparmaq fikrinə düçür. Dəvənin ipini açıb çəkə-çəkə yuvasına girir. Dəvə bu balaca yuvanın üzərinə ayağını qoyanda yuva uçur, tülkü qarışıq xıncım-xıncım olur və tülkünün tülkülüyü özünə qənim olur.
    Bəli, şair folklorun bütün janrlarında öz təxəyyülündən geniş istifadə etmişdir. Demək olar ki, onun bütün kanallarda apardığı verilişləri izləyir, məktublar göndərirdim. Əksər yazılarımdan istifadə edir, adımı dönə-dönə çəkir, razılığını bildirirdi. Deməli, istedadlı, torpaq-sevər, təəssübkeş bir vətən oğlumuz şair Məmməd Aslanı da itirdik! Ruhun şad olsun, əziz qardaş!

    Nubar Mədətli

    Müəllif: Redaktor, 08:59

    Teqlər:

İsmarıclar bağlıdır.