
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov rayonumuza səfəri zamanı məcburi köçkünlərlə görüşüb. O, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə aprel döyüşləri zamanı ermənilərin atdıqları mərmilərdən zərər çəkmiş evlərdə olub. Bildirib ki, bu evlərin hamısı əvvəlkindən də yaxşı bərpa olunacaq.
Şıxarx qəsəbəsində olarkən Əli Həsənov xeyli hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa–150” abidəsinə baxıb. O deyib ki, erməni məkrini və yalanını ifşa etmək üçün bu abidənin böyük əhəmiyyəti var. Abidə tezliklə bərpa olunmalı, ölkəmizə səfər edən xarici nümayəndələr ermənilərin Qarabağda məskunlaşması münasibətilə ucaltdıqları bu abidədəki tarixi görməlidirlər.
“Yeni Tərtər”



“Tərtər rayonundakı 51 yaşayış məntəqəsindən 38-də əhali təbii qazdan istifadə edir. Kəbirli kəndinin qazlaşdırılması başa çatıb, bundan başqa daha 4 kənddə bu iş yekunlaşmaq üzrədir. Bu kəndlərdə də qazlaşma başa çatdıqdan sonra 15230 abonentə qaz verilmiş olur ki, bu da ümumi abonentlərin 92,7 faizidir”. Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Kəbirli kəndinə qaz verilməsi münasibətilə keçirilən açılış mərasimində söyləmişdir.
5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İsveçin paytaxtı Stokholm şəhərində 5 iyunun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verib.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün sahələrin inkişafı ilə yanaşı sosial siyasətin də həmişə prioritet olduğunu, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını bildirmişdir. Bu gün dünyada iqtisadi və maliyyə böhranının yaşanmasına baxmayaraq, 2016-cı ilin birinci rübündə ölkəmizdə əhalinin, o cümlədən onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması üçün müxtəlif tədbirlər görülür. Milli manatın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqqıların, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması ilə bağlı möhtərəm Prezidentimizin imzaladığı 20-dən artıq sərəncam bunu bir daha təsdiq edir.
Ailə-fermer təsərrüfatının başçısı kimi pay torpağımdan başqa 12 hektar sahəni icarəyə götürmüşəm. Becərmə, suvarma işlərini vaxtında və normal qaydada keçirdiyim üçün hər mövsümdə bol taxıl, mal-qara üçün yonca tədarük edirəm. Əkin sahələrindən bol məhsul götürməyimizin bir səbəbi də Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı, onlara subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin verilməsidir. Bu il 6 hektarda taxıl və bir o qədər də sahədə yonca becəririk. Taxıl sahələrində və yoncalıqlarda suvarma işləri müvəffəqiyyətlə davam etdirilir.
Sovetlər dönəmində pambıqçılıq sahəsində Tərtər rayonunun adı həmişə qabaqcıllar sırasında çəkilərdi. Elə o zamanlar–1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin Tərtərə səfərləri, əmək adamları ilə görüşləri insanların daim ruh yüksəkliyinə səbəb olardı.
Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifələrdən biri qeyri neft sektorunun, o cümlədən aqrar sahənin sürətli inkişafıdır. Məlum olduğu kimi, kənd əməkçilərinin yetişdirdikləri məhsulun taleyi həm də melioratorların işindən asılıdır.
1950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Svetlana Əzizova Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və hümanitar şöbə üzrə baş məsləhətçi vəzifəsində çalışır.
Yeni ismarıclar