Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Noy

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-068Rayonumuzdakı Heydər Əliyev Mərkəzində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrilə görüş keçirilib.
    Görüşdə yazıçı-publisist, millət vəkili Aqil Abbas, şair Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli iştirak və çıxış ediblər. %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-079
    Öncə Elçin Hüseynbəyli layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və onun xanımı, birinci ledi, YUNESKO və İSESKO-nun sülhməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu ilin aprel savaşından sonra cəbhə bölgələrinə səfərinin ardınca ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töfhə vermək məqsədi daşıyır.
    Yazıçı onu da vurğulayıb ki, “Canımız Qarabağ, Yazımız Qarabağ!” şüarı da təsadüfi seçilməyib. ”Yazımız” deyəndə həm ordumuzun aprel (Yaz) zəfəri, həm də qələmlə, sözümüzlə düşmənə qarşı vuruşmaq nəzərdə tutulur.
    Millət vəkili Aqil Abbas deyib ki, hər zaman əlinə nəinki qələm, həm də silah götürüb vuruşmağa hazırdır və həmişə parlamentin tribunasındakı çıxışlarında, eləcə də mətbuat səhifələrində Ordumuza dəstək verib və Qarabağın tezliklə azad edilməsinin vacibliyini vurğulayıb.
    Şair Əbülfət Mədətoğlu Qarabağla bağlı şeirlərindən söz açıb və bir neçə şeirini görüş iştirakçıları üçün səsləndirib.
    Yekunda tədbir iştirakçıları əmin olduqlarını bildiriblər ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və doğma Qarabağımız yenidən güllü-çiçəkli diyara çevriləcək.
    Görüşün sonunda Elçin Hüseynbəyli layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezident Administrasiyasına, Aərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və Tərtər rayon İcra Hakimiyyəti başçısına təşəkkür etdiklərini bildirib.
    Tədbirin axırında yazarlar görüş iştirakçılarına öz kitablarını hədiyyə edib və xatirə şəkli çəkdiriblər.

    Müəllif: Redaktor, 14:22

    Teqlər:

İsmarıclar bağlıdır.