TAXIL SƏPİNİ SÜRƏTLƏNİR
Taxıl əvəz olunmaz nemət olan qida məhsulu, taxıl çörəkdir. Çörəyin bolluğu uğrunda var qüvvə ilə çalışmaq hər bir kənd əməkçisinin, hər bir fermerin müqəddəs borcudur.
Rayonumuzun təsərrüfatlarında növbəti ilin bol məhsulu üçün taxıl səpini davam edir. Bu il buğda sahələrinin hər hektarından orta hesabla 37,3 sentner, arpa sahələrindən isə 27,2 sentner məhsul götürüldü. Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, rayon üzrə noyabrın 15-dək 1410,3 hektar sahəyə arpa və 2315 hektara buğda səpilib
Taxıl səpinində Bölgə Təcrübə Stansiyasının, Hüsənli, Kəngərli, Evoğlu kəndlərinin fermerləri irəlidə gedirlər. Taxıl səpini davam edir.