Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Kik-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edib, sonra yarış iştirakçılarına uğurlar arzulayıb. Daha ətraflı »
-
26Avqİdman Açıq zona birinciliyi üçün şərhlər bağlıdır
Teqlər: İdman
-
26AvqDigər Gənclər siyasəti uğurla həyata keçirilir üçün şərhlər bağlıdır
Heydər Əliyev Azərbaycanın rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəsil yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. İkinci dəfə artıq Azərbaycan müstəqil ölkə olandan sonra hakimiyyətə gələn Ulu Öndər dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni hə-yatında gənclərin iştirakının təmin edilməsini vəcib məsələlərdən biri kimi qarşıya qoyub. Məhz həmin dövrdə gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı–Gənclər və İdman Nazirliyi yaranıb. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Daha ətraflı »
Teqlər: Digər
-
26AvqXəbərlər “Yeni Tərtər”in 10 illik yubileyi üçün şərhlər bağlıdır
20 avqust 2015-ci ildə 7 illik fasilə-dən sonra rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxması təkcə redaksiya kollektivi üçün deyil, rayon sakinlərindən ötrü çox sevincli bir hadisəyə çevrildi. Bu münasibətlə yaxından-uzaqdan hamı bizi təbrik etdi, işimizdə uğurlar arzuladı. Həmin tarixdən 10 il ötüb. Bu günlərdə redaksiyamızda keçirilən yubiley tədbirində ötən illərə bir daha nəzər salındı, uğurlarımızdan və qarşıda duran vəzifələrdən danışıldı. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
26AvqTərtər RİH-də Səyyar görüş-qəbul üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Cəmilli kəndində keçirildi. Görüşə həmçinin qonşu kəndlərin sakinləri də gəlmişdilər.
İcra başçısı və qonaqlar məktəbin həyətindəki şəhidlər abidə-kompleksini ziyarət etdilər və önünə gül dəstələri qoydular. Daha ətraflı »Teqlər: Tərtər ŞİH-də
-
26AvqƏdəbiyyat SƏN HARDAN BİLƏSƏN üçün şərhlər bağlıdır
Sən hardan biləsən nə çəkirəm mən.
Payızam…
Ey ömrün ilk baharlısı,
Sən hardan biləsən, nədən biləsən
Yoxdur bu dünyada səndən varlısı… Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
26AvqDigər Qarpızın xeyirli tərəfləri üçün şərhlər bağlıdır
Yaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın əvvəllər sadəcə şəkər və sudan ibarət, qidalandırıcı dəyəri olmayan məhsul olduğu hesab edilirdi. Trendin məlumatına görə, aparılan araşdırmalar isə qarpızın əslində çox dəyərli bir giləmeyvə olduğunu göstərir.
Qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir. Qarpız C, A vitaminlərinin və betakarotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. Daha ətraflı »Teqlər: Digər
-
26AvqDigər Quşbeyinlik nədir? üçün şərhlər bağlıdır
İnsanlar ağıllı heyvanlar haqqında fikirləşəndə quşlar yada düşən ilk heyvan olmurlar. İngilis dilində kimisə quşbeyin adlandırmaq həmin şəxsin axmaq olduğu anlamına gəlir. Bundan başqa nəyəsə «quşlar üçündür» demək həmin şeyin mənasız olduğun bildirir. Ancaq bu ifadə tamamilə səhv ola bilməz. Bəzi quşlar xüsusilə qarğalar son dərəcə ağıllı ola bilər. Əslində qarğaların problem həll etmə qabiliyyəti 7 yaşlı uşağınkından daha yaxşıdır. Daha ətraflı »
Teqlər: Digər
-
26AvqDigər Suyun insan orqanizminə faydası üçün şərhlər bağlıdır
Su içməyin faydası çox vaxt lazımınca qiymətləndirilmir və səhv başa düşülür. Su nəinki suzuzluğu yatırmaq üçün və bədənin bir çox biokimyəvi prosesləri üçün vacib elementdir, həm də makro qidadır. Bu o deməkdir ki, gümrah qalmaqdan ötrü çoxlu su içmək lazımdır. Karbohidrat, zülal və piy digər üç əhəmiyyətli qidaladırıcı kimi daha ayrı makro qidalandırıcılardır. Suyun belə mühüm dəstəyə aid olduğunu kim bilirdi? Daha ətraflı »
Teqlər: Digər
-
26AvqDigər Məkkəyə getməyin qaydası üçün şərhlər bağlıdır
Məkkə müsəlmanların müqəddəs şəhəridir. Səudiyyə Ərəbistanının qərbində, Qırmızı dənizdən 100 km aralıqda yerləşir. Sahəsi 11,6 min kvadrat kmdir. Məhəmməd Peyğəmbər (s.ə.s) burada doğulub. Kəbə də burada yerləşir. Məkkəni hər il 1,5 mlndan çox müsəlman ziyarət edir. Daha ətraflı »
Teqlər: Digər
-
18AvqDigər Torpağı sevən insan üçün şərhlər bağlıdır
Zabil Əli oğlu Abbasov. Bu ad rayonumuzda çoxlarına tanışdı. O, 1963-cü ildə Qaradağlı kəndində anadan olub. 1981-1983-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Nümunəvi əsgər olduğuna görə hərbi hissədən valideynlərinə təşəkkür məktubu gəlib.Ixtisasca avtomobil çilingəri olan Zabil mənfur qonşularımızın torpaqlarımıza hücumu zamanı milli ordumuzun sıralarına yazılıb. 1993- 1994-cü illərdə torpaqlarımızın bütövlüyü uğrunda Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar