Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Noy

    1468586416_mehriban_aliyeva_261012_14Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İSESKO-nun xoşməramlı səfiri seçilməsinin 10 ili tamam olmuşdur. Bu müddət ərzində Heydər Əliyev Fondu və İSESKO tərəfindən bir sıra birgə layihələr həyata keçirilmiş, əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Azərbaycan 1992-ci ildən İSESKO-nun üzvü olsa da, Mehriban xanım səfir seçilənədək, təşkilatla münasibətlərimiz o qədər də sıx olmayıb. Heydər Əliyev Fondu ilə İSESKO-nun keçirdiyi işlər eyni istiqamətli olduğu üçün, bu təşkilatlar arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
    Həyata keçirilən tədbirlər sırasında uşaqlara qayğı göstərilməsi başlıca yer tutur. İSESKO tərəfindən bu istiqamətdə müxtəlif proqramlar həyata keçirilir. Bu istiqamətdə daha çox diqqət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş dayanır. Sağlamlıq imkanı məhdud uşaqların problemlərinə həsr olunan müxtəlif tədbirlər, konfranslar keçirilir.
    Bu gün Mehriban xanım Əliyeva təkcə Azəbaycanda deyil, bütün dünyada xeyirxahlıq, humanizm simvolu kimi tanınır. İSESKO-dakı fəaliyyəti ona bu missiyanı daha geniş miqyasda həyata keçirməyə imkan yaradır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:23

    Teqlər:

İsmarıclar bağlıdır.