Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Dek

    1480786717264286842_1000x66914807867171263254858_1000x669Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tərtərdə yeni inşa olunmuş “N” saylı hərbi hissədə oldu.
    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
    Məlumat verildi ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb
    məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.
    Qərargah binasında Ulu Öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

    14807867172249852903_1000x66914807867173298633891_1000x669Burada hərbi hissə növbətçisi, istirahət və çay otaqları, rabitə qovşağı və digər zəruri otaqlar var. Hərbi hissədəki kazarmaların girişində Azərbaycanın Milli qəhrəmanlarının fotolarından ibarət guşə də var. Burada müasir idman avadanlığı ilə təchiz edilmiş idman otağı zabit və əsgərlərin ixtiyarındadır. Kazarmada dəftərxana, məişət otağı, ideoloji otaq yaradılıb. İdeoloji otaq Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixini, şanlı Ordumuzun əldə etdiyi qələbələri və dövlətimizin Azərbaycan hərbçilərinə göstərdiyi diqqəti əks etdirən əyani vəsaitlərlə təchiz olunub.
    14807867174226760447_1000x66914807867174727430053_1000x669Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Aprel döyüşləri bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
    Ali Baş Komandan İlham Əliyev hərbi hissənin döyüş texnikasına baxdı, döyüş maşınlarından birini idarə etdi.
    Əsgər və zabit heyətinin dolğun və keyfiyyətli qidalanması üçün hərbi hissənin yeməkxanası da müasir səviyyədə qurulub.
    14807867175163442095_1000x66914807867175432516534_1000x669Dövlətimizin başçısı burada yaradılmış şəraitlə də tanış oldu, yeməkxananın xidmət heyəti ilə söhbət etdi.
    Prezident İlham Əliyev: “Əvvəllər bu işləri əsgərlər görürdülər, yemək bişirirdilər. Bu, onları əsas işindən ayırırdı. İndi bu işə mülki vətəndaşlar cəlb olunub, həm də yaxşı maaş verilir, qadınlar da işləyir. Həm də çox yaxşı yemək bişirirsiniz”.
    Aşpaz qadın: “Çox sağ olun! Gələn ayaqlarınız var olsun! Həmişə Sizinlə fəxr etmişik. Sizin sayənizdə Tərtər rayonumuz gözəlləşir, su-kanalizasiya xətləri çəkilir”.
    Prezident İlham Əliyev: “Bəli, bu gün açılışını etdik”.
    Aşpaz qadın: “Dağılan evlərimizin, müəssisələrimizin hamısı Sizin sayənizdə bərpa olunub, düzəlib. Uşaqlarımıza, ordumuza, əsgər balalarımıza, bax, bu cür şərait yaradılıb, dadlı milli xörəklər bişirilir”.
    Prezident İlham Əliyev: “Siz də uşaqlara, əsgərlərə yaxşı baxırsınız. Daha da yaxşı baxın ki, onlar razı qalsınlar”.
    Aşpaz qadın: “Allah Sizdən razı olsun! Allah Sizi qorusun! Biz həmişə Sizinlə fəxr etmişik!”.
    Sonda xatirə şəkli çəkdirildi.

    Müəllif: Redaktor, 14:07

    Teqlər:

İsmarıclar bağlıdır.