Tərtər çayı üzərində salınan Sarıcalı və Zolgörən kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25 mindən çox sakininin mənzil başına rahat çatması üçün əlverişli şərait yaradıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çayın məcrasından hündürlüyü isə 15 metrdi. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdi. Piyadaların körpüdən rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər iki istiqamət üzrə 1,75 metr enində səkilər tikilib. Tərtər çayının sağ və sol sahilində yaşayan insanlar yeni körpünün salınmasına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.
-
27Dek
Müəllif: Redaktor, 15:42
Teqlər: Xəbərlər