Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,275
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Noy

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hacıqərvənd kəndində yaşayan 74 yaşlı kənd ağsaqqalı Rais Abbasovu ziyarət edib.

    Görüş zamanı uzun illər “Azərsu” sistemində çalışmış, səmərəli əmək fəaliyyəti və xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş Rais Abbasovun həyat və əmək yolu barədə söhbət aparılıb.

    Hazırda təqaüddə olan ağsaqqalla səmimi söhbət edən rayon rəhbəri onun uzun illər ərzində ölkəmizin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Rayon rəhbəri vurğulayıb ki, yaşlı nəslin nümayəndələrinə diqqət və qayğı göstərmək, onların zəngin həyat təcrübəsindən bəhrələnmək cəmiyyətimizdə mühüm mənəvi dəyərlərdəndir.

    Rais Abbasov göstərilən diqqətə və qayğiya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse -prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.