Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Dek
    Digər YENİ İL İNANCLARI üçün şərhlər bağlıdır

    stol1204797950_kitten_3Yeni ildə pulsuz qalmayın. İnanclara görə, bayram günü pulsuz qalanlar ili ehtiyac içində keçirəcək.
    Evdən zibil atmayın
    Yeni il axşamı evi süpürmək və ya zibil atmaq olmaz, əks halda
    ailədə mehribanlıq olmaz. «Bəs bayram iməciliyi necə olsun?»
    – deyə soruşursunuzsa, təmizlik işlərini bayrama bir
    həftə qalmış bitirin. Sadəcə dekabrın 30-u evi yüngülvari yığışdırın, amma 31-i heç nəyə əl vurmayın.
    Bayram masası. Süfrə müxtəlif naz-nemətlə bol olmalıdır ki, il də bolluq içində keçsin.
    Masaya düz-çörək qoymağı unutmayın, ənənəyə görə bu, firavanlıq simvoludur.
    Bayramda pulsuz qalmaq olmaz, yoxsa ili ehtiyac içində keçirəcəksiniz. Əgər pulunuz yoxdursa, borc götürün.
    Amma bayramqabağı borc qaytarmaq məsləhət deyil, əks təqdirdə, bütün ili borclu qalacaqsınız.
    Bir çoxları inanır ki, ili təklikdə keçirsə, bütün ili tənha qalacaq.
    Ona görə bayramda kimisə tapmağa çalışırlar, bu insanı bəyənməsələr belə. O zaman ili təklikdə keçirməsəniz belə, pis əhval-ruhiyyədə olacaqsınız. Bundansa bayramqabağı bütün qohum-əqrəbanızı telefonla təbrik edin və bayramda tək olacağınızı söyləyin. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İL HAQQINDA MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır

    %d1%81%d0%ba%d0%b0%d1%87%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b5-%d1%84%d0%b0%d0%b9%d0%bb%d1%8bYeni ilə bənzər bayramın keçirilməsi haqqında məlumatlar b. e. 3-cü minillikdə Mesopatamiyaya aiddir.
    Şam ağacını bəzəmək ənənəsi ilk dəfə orta əsrlərdə müasir Almaniyanın ərazisində əmələ gəlmişdi.
    1 yanvardan etibarən yeni ili I Pyotrun sərəncamından sonra qeyd etməyə başladılar.
    İlk dəfə Şaxta baba 1840-cı ildə Odoyevskinin “İriney babanın nağılları”nın personajı kimi xatırlanır. “Şaxta daşıyıcısı”- nın kökləri isə slavyan mifologiyasına gedir.
    Qarqız və Şaxta baba isə sovet vaxtlarında yaranmışdılar. İlk dəfə 1937-ci ildə bayramda Qar qızın və Şaxta babanın dueti baş tutmuşdu.
    Rəsmi olaraq Yeni ilin əsas personajının ad gününü 18 noyabrda qeyd edirlər.
    Qar qızının vətəni Kostrom əyalətidir.
    “Qar qızı” pyesinin müəllifi Aleksandr Ostrovskiy də Kostrom əyalətindəndir.
    İspaniyada və Kubada Yeni ildə 12 üzüm yemək kimi bir adət var.
    Yeni ildə fişəng partlatmaq adəti Asiyadan gəlib. Bunun mənası ondadır ki, fişəng nə qədər rəngarəng və yüksək səsli olsa, pis ruhlar bir o qədər qorxarlar. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İLİN TARİXİ üçün şərhlər bağlıdır

    1447969312_12212430_906975912716347_348516252_nBu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkinbiçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İL LƏTİFƏLƏRİ üçün şərhlər bağlıdır

    4-Anacan, sən həqiqətən də istəyirsən ki, yeni ili evdə keçirim?
    – Əlbəttə.
    – Onda 31-i gecəsi harasa get.
    ***
    Əziz Şaxta Baba, bəlkə bu il çoxlu pulla gələsən, hə?
    “Əziz rus xanımları, bəsdir Şaxta Babadan kişi istədiniz! Artıq Tacikistan və keçmiş sovet ölkələrinin kişilərinin yarısı bizə köçüb”.

    ***
    Əziz Şaxta Baba!
    Mənə bu Yeni ildə əsl tapança hədiyyə elə. Yoxsa oyuncaq tapançanı gəzdirməkdən yoruldum.
    İmza: Sahə müvəkkili
    ***
    Uşağın:
    – Şaxta Baba, sən doğruçusan? – sualından sonra Şaxta Baba sertifikatını, vergi bəyannaməsini, lisenziyasını uşağa göstərdi. Daha ətraflı »

    Teqlər:

  • 17Dek
    Digər Tərtərin qış etüdləri üçün şərhlər bağlıdır

    BAHARLA QIŞIN QOVUŞUĞU

    14818379243772120990_1000x669bu1Qışın oğlan çağına xeyli qalmış uca göylərdən göndərilmiş sovqata bax! Yoxsa, Yeni ilin özündən əvvəl göndərdiyi müjdədir o?! Azacıq saralmış çəmən, payızın acığına yamyaşıl
    qalmış həmişəyaşıl palma, küknar ağacları qol açaraq hamıdan, hər kəsdən əvvəl bu müjdəni qucmaq eşqinəmi düşüblər? Deyəsən, Günəşin hərarətinə öyrənmiş budaqlar dümağ qarın soyuqluğundan çəkinərək ana torpağın məhəbbət dolu qucağına doğru əyiliblər. Hələ eşqdən dünyanı cəhcəhə bürüyən bülbülün qarla bələnmiş qızıl gülünə bax! Ürkək-ürkək yollara boylandığı bir vaxtda qışın göndərdiyi qar onun eşqini soyutmaqmı istəyir? Yoxsa ləçəklərini üşütməzdi. Bəlkə ana təbiətin bir sınağıdır bu? Bir-birindən incik düşən fəsillər indi necədə qolboyun olublar! Baxın, bir gül butasında baharla qış necə görüşürlər?! Bu, təbiətin möcüzəsi deyilmi?

    Qış rəngləri də çaşdırıb. Ağ, yaşıl, qırmızı, sarı… Bir kolun budağında bu rənglərin “Yallı”sına diqqət yetirin! Adam sehirlənir.

    Yaşa səni, mənim ovsunlu Ana Təbiətim! Daha ətraflı »

    Teqlər:

  • 17Dek
    Digər YENİ İNTİBAH MƏRHƏLƏSİNİN BANİSİ üçün şərhlər bağlıdır

    1372311973_h-111Ötən zaman kəsiyi göstərdi ki, məhz Ulu Öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı.
    Hərənin bir ömür payı var. Kiminin mənalı, kiminin adi.
    Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu Öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama–müstəqilliyə qovuşdurdu. Dünyanın xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu. Daha ətraflı »

    Teqlər:

  • 17Dek
    Xəbərlər TƏRTƏRLİLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HÜZNLƏ YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-138Tərtər şəhərinin Mərkəzi Meydanında Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-122Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar və foto-stentlərlə tanış oldular. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın xilaskarı Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu Öndərimizin, əbədiyaşar Prezdentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »

    Teqlər: ,

  • 16Dek
    Digər HEYDƏR ƏLİYEV – AZƏRBAYCANIN XİLASKARI üçün şərhlər bağlıdır

    photo_33749Mən bizim qəhrəman Tərtərin qoynunda doğulan insanam. Bu yurdun–doğma Azərbaycanın 90 yaşlı vətəndaşıyam. Fəxr edirəm ki, məhz bu torpağın övladıyam. Azərbaycanlı olmağımla qürurlanıram. Bir də qürurlanıram ki, mənim ölkəmin Ulu Öndər Heydər Əliyev kimi bir rəhbəri olub. Onun ideyaları dünən də Azərbaycanı yaşadırdı, bu gün də yaşadır, sabah da yaşadacaq.
    Yaxın günlərdə dahi rəhbərin anım günü idi. O, elə bir şəxsiyyətdir ki, hər an anılır. Nə qədər ki, Azərbaycan var Heydər Əliyev də yaşayacaqdır. Onun yeri ürəklərdədir. İdeyaları ruhumuza hopub, söylədikləri yaddaşlarda saxlanılır və bu günkü fəaliyyətimizin aparıcı qüvvəsi hesab olunur. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, bu xalqa özü qədər inan-dığı İlham Əliyev kimi bir varis qoyub getdi. Onun sayəsində bütün Azərbaycan inkişaf edir.
    Yaşadığımız Tərtər rayonunun hər yerdə valehedici bir mənzərənin şahidi oluruq. Mən təqauddə olan bir adamam. Evdə darıxan zaman çıxıb şəhərimizi bir-iki saat gəzirəm. Aparılmış abadlıq işlərini görəndə ruhum təzələnir, sanki cavanlaşıram. Sözsüz ki, rayon rəhbərliyi camaatın güzəranının daha da firəvan olması üçün əlindən gələni edir. Bütün görülmüş işlərin başında Heydər Əliyevin ideyaları dayanır. Həqiqətən də Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsər Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva tərəfindən daha da zənginləşdirilir. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Digər QÜDRƏTLİ DÖVLƏT BAŞÇISI, FƏDAKAR İNSAN üçün şərhlər bağlıdır

    07052013Dünyasını dəyişdikdən sonra xalqın yaddaşında əbədi qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu böyük insan öz əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş Böyük Azərbaycanlıdır.
    Böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir reallıqdır. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixinin bir hissəsidir. Çünki onun hakimiyyəti illərində Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyibdir. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb, Azərbaycanı dünyaya tanıdıb. Dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan Respublikasının Ümummilli Liderinə, üstəlik dünya siyasətinin nəhənginə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük oğlu ilə haqlı olaraq öyünür. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Xəbərlər “ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT” üçün şərhlər bağlıdır

    dsc_1266Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında “Ulu Öndər Heydər Əliyev və mətbuat” mövzusunda tədbir keçirilib.
    Qəzetin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı məruzə edib. Məruzədə əvəzolunmaz dahi lider parlaq zəka sahibi, dünya miqyaslı şəxsiyyət, geniş masştablı görkəmli rəhbər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olundu. Sonra onun Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, azad fikir və açıq söz uğrunda apardığı mübarizədən və bu istiqamətdə həyata keçirdiyi önəmli tədbirlərdən bəhs olundu.
    Qəzetin əməkdaşları Əvəz Nəsirov, Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi titanik fəaliyyətdən və mətbuatımıza bəslədiyi səmimi qayğıdan danışdılar.

    “Yeni Tərtər”

    Teqlər: