Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,644
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

     

    Təqvim ilinin dəyişməsi – Yeni il bayramı dünyanın müxtəlif xalqları üçun ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olmuşdur. Hər il dekabr ayının sonu, yanvar ayının əvvəllərində evlərdə, təhsil ocaqlarında, istirahət parklarında və digər obyektlərdə yolkalar qurulur, onlar müxtəlif bəzək əşyaları ilə bəzədilərək işıqlandırılır. İnsanlar, xüsusən uşaqlar yolkanın ətrafında təşkil olunan şənlikdə iştirak edir, əylənirlər.

    İnsanların bir yerə toplaşdıqları bu Yeni il şənliklərində onların təhlükəsizliyinin qorunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşaiyət edilən belə şənliklərdə yanğın təhlükəsi ehtimalı şox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və ona əməl etmək çox vacibdir. Ona görə də Yeni il şənliyi keçirilən obyektlərin rəhbərləri, şənlik iştirakçıları bilməlidirlər kı, mülkiyyət formasından asılı olmayaraq bütün obyekt və müəssisələrdə (sahibkarlıq subyektlərində və s.) yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür!

    Obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və onlar baş verə biləçək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər!

    Ehtiyat çıxış yollarının qarşısı əşyalarla tutulmamalı və sərbəst çıxışa mane olan qurğular quraşdırılmamalıdır Köçürmə yollan işıqlandırılmalı və birbaşa çıxışa doğru acılması təmin edilməlidir.

    Yeni il yolkası binanı tərk etməyə iki sərbəst çıxış yolu olan və ehtiyat çıxış qapılarının üzərində yaşıl rəngli “ÇIXIŞ” sözü (elektriklə işıqlandırılmış) yazılmış göstərici lövhə asılan, eləcə də ikinci mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələr olan otaqlarda qurulmalıdır!

    Yolka ağacı yerə möhkəm bərkidilməli, dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın!

    Yeni il şənlikləri zamanı tikintinin imkanlarından artıq insanların zala buraxılmasına (toplanması) yol verilməməlidir!

    Yeni il şənlikləri keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir!

    Yeni il şənliklərində atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən, həmçinin yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi qadağandır!

    Yeni il şənlikləri keçirilən obyektlərin pəncərələrində dəmir barmaqlıqlar olmamalıdır!

    Yeni il şənliklərində yolkanın şamla işıqlandırılmasının yanğın təhlükəsi yaratdığını nəzərə alaraq buna yol verilməməlidir!

    Yolka bəzədilərkən pambıqdan, tənzifdən və s. tezalışan parçalardan istifadə edilməməlidir!

    Tədbir keçirilən obyektlərdə giriş və çıxışlarda insanların toplaşmasına, əşyaların (stol, stul və s.otaqlarından) yığılmasına yol verilməməlidir!

    Otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir!

    Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır!

    Tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi qadağandır!

    Oturacaqların ara məşafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması yolverilməzdir!

    Yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman obyektlərdə Yeni il şənliyi keçirmək olmaz!

    Yanğın zamanı nə etməli

    Tədbir zamanı yanğın baş verdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə zəng vuraraq məlumat vermək lazımdır!

    İşıqlandırıcı vasitələr dərhal şəbəkədən ayrılmaqla söndürülməlidir! Tədbir iştirakçılarının dərhal təxliyə olunmasına başlanılmalıdır!

    Əldə olan vasitələrlə yanğının söndürülməsinə başlamaq lazımdır!

    Yeni il şənlikləri zamanı yanğın təhlükəsizliyinə əməl edin!

    Dövlət Yanğın Nəzarəti Xidmətinin  Yanğına qarşı təbliğat şöbəsi

     

    Müəllif: Redaktor, 14:30

    Teqlər:

İsmarıclar bağlıdır.