Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,644
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tərtər rayonunda mühüm sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir edilmiş, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Gənclər Mərkəzi, Uşaq–Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası inşa edilmiş, təhsil müəssisələri və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Tərtər şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
    1. Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 29 noyabr 2017-ci il

    Müəllif: Redaktor, 13:13

    Teqlər:

İsmarıclar bağlıdır.