Qabrovolu bir qoca evinin damını təmir eləyəndə, ayağı sürüşüb yıxılar. Pəncərənin yanından keçəndə arvadını səsləyib deyir:
–Xörəyi bir adamlıq az bişir, məndə yeməyə hal qalmayacaq.
***
Bir qabrovolu qayınanası üçün başdaşı sifariş vermək istəyir. Ustanın yanına gəlib deyir:
–Mənə elə başdaşı lazımdır ki, həm ucuz olsun, həm də qəşəng.
Usta üstü yazılmamış hamar bir daşı göstərir:
–Bu daşın qiyməti yüz levdir. Mərhumun adını yazmaq üçün səndən 50 lev alacağam.
Qabrovolu ustaya yüz lev verib deyir:
–Ad yazmaq lazım deyil, qayınanam savadsızdır, oxuya bilməyəcək.
***
Qabrovolu Sofiyada oxuyan oğlunu görməyə gələndə oğlan özünü öyüb dedi:
–Ata, bu gün on stotinq qənaət etmişəm.
–Sağ ol, oğlum, bir ətraflı danış görək.
–Səhər tramvaya minmək əvəzinə onun dalınca qaça-qaça məktəbə getmişəm.
–Nə axmaq uşaqsan, sən gərək taksinin dalısında qaçaydın, o vaxt daha çox qənaət edərdin.
***
Atası oğluna təzə ayaqqabı almışdı. Axşam onlar qohumlarına qonaq gedəndə atası soruşdu:
–Oğlum, təzə ayaqqabıları geyinmisən?
–Bəli, ata.
–Elə isə addımlarını geniş at ki, ayaqqabı yerə az sürtülsün.
-
29Dek
Müəllif: Redaktor, 08:38
Teqlər: Digər