Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    1111Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
    –Oğlan, siz bu kənddənsooz?
    Oğlan:
    –Mən bu kənddənəm, eşşək Şəkidən.
    Lütvəli:
    –Artıq benzinin varmı?
    Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
    –Nolu göstərir.
    ***
    Qarınqulu ehsandan o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur:
    –Orada nə yığıncaqdır?
    Arabaçı deyir:
    –Orada da ehsan verilir.
    Qarınqulu:
    –Onda arabanı ora sür.
    ***
    Şəki bazarında qəssablar: “Qoç əti!”, “Qoyun əti!”, “Quzu əti!”–deyə haray salmışdılar. Əbdülcabbar ət almaq fikri olmasa da, qəssabların birindən soruşur:
    –Əmioğlu, ət erkək qoyundu, yoxsa dişi? Qəssab müştəri tapdıığını görüb sevincək:
    –Dədəm, erkəkdir, deyir.
    –E, məni xam hesab eləmə, bilmirəm ki, sənin dədən erkəkdir?! Mən qoyunun ətini soruşuram.
    ***
    Qonşu qonşuya keçib gorür ki, ev sahibinin kiçik qızı mətbəxdə məşğuldur.
    –A qızım, səni yiyim, hayindi orda nağarırsan?
    Xörək bişirirəm, a xala.
    –A səni də yiyim, sən bişirən xörəyo da!
    Qızın atası o biri otaqdan dillənir:
    –A qonşu, qızı yiyirsən yi, amma xörəylə işin olmasın!

    Müəllif: Redaktor, 08:41

    Teqlər:

İsmarıclar bağlıdır.