Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    Payız

    Köçüb getdi el-obası,
    O dağlar marala qaldı.
    Meşələrin rəngi soldu,
    Çəmənlər sarala qaldı.
    ***
    Xəzəllər–payızın şeiri,
    Qonaq duman döndü geri.
    Çobanların ocaq yeri
    Qarala-qarala qaldı.
    ***
    Başlandı göylərin toyu,
    Kiridi bulağın suyu.
    Qısaldı günlərin boyu–
    Darala-darala qaldı.
    ***
    Yağışlar qovdu istini,
    Buxarı uddu tüstünü.
    Çən aldı dağın üstünü,
    Quzeydə qar tala qaldı.
    ***
    Soluxdu güllük, çiçəklik,
    Susdu bülbül, susdu kəklik.
    Cığırları sıxdı təklik,
    Qayalar qartala qaldı.
    ***
    Hava kövrəltdi adamı,
    Külək qışdan bir sədamı?
    Bu payız mənim “qadamı”
    İstədi yar ala, qaldı…

    Tofiq YUSİF
    3.10.2017-ci il

    Müəllif: Redaktor, 10:51

    Teqlər:

İsmarıclar bağlıdır.