İnsanların yanğına qarşı tədbirlərin necə alınacağını bilməməsi, bu mövzuda yetərincə məlumatlarının olmaması-yanğının baş vermə səbəblərindəndir.
Müəssisə rəhbərləri qızdırıcı, hava dəyişmə, elektrik qurğularının texniki vəziyyətinə daima nəzarət etməli, yanğın törədə biləcək amillərin aradan qaldırılması üçün dərhal zəruri tədbirlər görməlidirlər. Məktəblərdə yanğının qarşısının alınması və söndürülməsi mövzusunda daxili tənzimlənmə təlimatı hazırlanmalıdır:
–məktəblərdə hər bir mərtəbəyə od-söndürən balonlar qoyulmalıdır;
–laboratoriyalarda maddələrin və materialların birgə saxlanılma qaydalarına xüsusi diqqət etmək lazımdır.
–yanğın əmələ gələn zaman mümkün qədər tez bütün partlayış və yanğın xassəli maddələr daha təhlükəsiz yerlərə daşınmalı və ventilyasiya söndürülməlidir;
–əvvəlcədən fövqəladə hallar baş verən zaman binada təxliyə üçün istifadə ediləcək çıxışları göstərən işarələr asılmalıdır;
–təhsil müəssisələrində havadəyişmə sistemindəki kameralar, hava boruları, filtrlər mütəmadi olaraq tozdan və zibil tullantılarından təmizlənməlidir;
–Əgər elektrik naqilləri alışıbsa, dərhal naqilləri cərəyandan ayırmalı və ya qoruyucular sayğacdan çıxarılmalıdır;
–yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq-hava axını yaratmaq olmaz!;
Fövqəladə Hallar Nazirliyinin
Qarabağ Regional Mərkəzinin
İctimaiyyətlə əlaqə və təbliğat sektoru