Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    DSC_8341 (Копировать)Elə bilirsiniz Yeni ili təkcə uşaqlar gözləyirlər? Əlbəttə, yox. Bu sehirli, min-bir cazibə ilə dolu şaxtalı qış gecəsində Şaxta Baba ilə Qar qız birillik həsrətdən sonra insanların görüşünə tələsirlər.
    2017 və 2018-ci illərin qovuşuğunda Tərtərə gələn Şaxta Baba sanki çaşıb qalmışdı. Çöhrəsində qəribə bir ifadə vardı. Buna təəccüb də demək olardı, sevinc də. O, sual dolu nəzərlərini nəvəsinə dikib soruşdu:
    –Yolu səhv gəlməmişik ki, qızım?
    Qar Qız işin nə yerdə olduğunu başa düşüb, ürəkdən güldü.
    –Səhv niyə gəlirik ki, Baba?. Bura uzun illər düşmənlə üz-üzə dayanan qəhrəman Tərtər şəhəridir.
    –Axı, keçən il buralar boş ərazi idi. İndi isə…
    –Bəli, Baba. Bax, bütün bu gözəllikləri insanlar cəmi bir ilin ərzində yaradıblar. O hündür yaşayış binalarını görürsən? Bu günlərdə həmin evlərə 1170 məcburi köçkün ailəsi köçəcək. Üstəlik onlara təsərrüfat işləri ilə məşğul olmağa əlavə ərazi ayrılacaq.
    Şaxta Baba sevincindən nə edəcəyini bilmirdi. Az qalırdı ki, elə bura-daca, bu yaraşıqlı binaların qarşısında sevimli nəvəsi ilə birlikdə oynasın.
    Axı, bütün babalar kimi, o da uşaqları çox sevirdi. Hərdən o qarlı dağlar başına xəbər gələndə ki, Yer üzündəki qanlı toqquşmalar nəticəsində hardasa bir körpənin həyatına son qoyulub, qəzəbindən yumruqlarını düyünləyir, hadisələri törədənləri lənətləyirdi.
    İndi isə… Qar Qız hələ heç vaxt qocanı belə xoşbəxt əhval-ruhiyyədə görməmişdi. Nəhayət, Şaxta Baba dayanıb dedi:
    –Bilirsən, qızım, ermənilər tərəfin-dən öz doğma yurd-yuvalarından zorla çıxarılan bu insanlar uzun illərdir ki, olduqca pis şəraitdə yaşayırdılar. Onlarla bərabər uşaqlar da əziyyət çəkirdilər. Yeni il gecəsi mən onlara ən gözəl hədiyyələri gətirsəm də, könülləri açılmırdı. Çünki həmyaşıdları kimi evləri, şəraitləri yox idi. Amma yeni şəhərcikdə nələr yoxdur?! Sağ olsun bu işləri görənlər!
    Bir il ərzində dağlar qoynunda yaşayan, amma dünyanın hər bir nöqtəsindən xəbərdar olan Qar Qız Şaxta Baba tərəfindən Tərtərin digər yeniliklərinin necə qarşılanacağını düşünüb, gülümsündü və dedi:
    – Bilirsən, baba, bunlar görülən işlərin hamısı deyil. Yadındamı, sən həmişə uşaqlara tövsiyə edirsən ki, tariximizi öyrənsinlər, Onun saxtalaşdırılmasına yol verməsinlər. Bax, elə bu məqsədlə də Prezidentimizin tapşırığı ilə erməni saxtakarlığının əyani sübutu olan “Marağa–150” abidəsinin ətrafı abadlaşdırıldı, burada lazımi işlər görüldü. Heç bilirsən cəmi bir neçə gün əvvəl abidəyə baxmaq üçün Tərtərə nə qədər xarici qonaq gəlmişdi? 100-dən çox. Hələ yenə də gələcəklər. Bunların hamısı gedib öz ölklərində ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarını gözləri ilə gördükləri dəlil və sübutlarla təsdiqləsələr, ölkəmizin haqq səsi dünyada eşidiləcək.
    Şaxta Baba elə bil yuxudaydı, ayıldı. Yadına bu abidənin tikildiyi tarix –1978-ci il və həmin ilin yeni il gecəsi düşdü. O zaman ermənilər bu torpaqlara gəlmə olduqlarının 150 illiyini təntənə ilə qeyd edirdilər. İndi isə bütün dünyaya car çəkirlər ki, buralar onların əbədi-əzəli torpaqları olub.
    Hə, Baba, sənə bir sözüm də var,–deyə dilli-dilavər nəvə fikirini davam elədi. –Bax, tariximizi qoruyub saxlamaq məqsədi ilə Tərtərdə daha bir böyük iş görülüb–Tarix-Diyarşünaslıq Muzeyi tikilib. Çox möhtəşəm binadır. Gedək, oranı da sənə göstərim.
    Bu sözlərdən daha da fərəhlənən Şaxta Baba nəvəsi ilə birlikdə şəhərin mərkəzinə – Heydər Əliyev prospektinə gəlib çıxdı. Gördü ki, nəvəsi düz deyirmiş. Belə muzeylə həqiqətən fəxr eləmək olar.
    Birdən onun yadına düşdü ki, hələ kənd yerlərində olub uşaqlara Yeni il sovqatları çatdırmalıdır. Ona görə Qar Qızı tələsdirdi. Qız isə cavab verdi:
    –Ay Baba. İndi Tərtərdə magistral yollar da, kənd yolları da elə tikilib ki, bir göz qırpımında istədiyin yerə çata bilərsən. Bax, bura Tərtər –Seydimli–Qaradağlı–Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy– Tərtər yoludur. Uzunluğu 29,5 kilometrdir. Hansı kəndə istəsən, gedə bilərik.
    –Hə, ay qızım. Bu Yeni il gecəsində gördüklərim məni çox sevindirdi. Bircə arzum qalıb. Gəldiyimiz o Murov dağını görürsən? İstəyirəm ki, gələn il mənim dağ boyda sevincim ona da qismət olsun. O yerlərə həsrət qalan insanlar doğma yurd-yuvalarına qayıtsınlar.

    Şaxta Baba və Qar qızı müşaiyət etdi:
    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 14:25

    Teqlər:

İsmarıclar bağlıdır.