Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Fev

    …HESAB EDİRƏM Kİ, TƏRTƏR ZƏHMƏTKEŞLƏRİNİN TƏCRÜBƏSİ DİGƏR BÖLGƏLƏRDƏ DƏ TƏTBİQ OLUNMALIDIR. ÇÜNKİ HEÇ DƏ HƏR BİR RAYONDA MƏHSULDARLIQ SİZDƏ OLDUĞU KİMİ DEYİL.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    0102Rayon icra hakimiyyəti başçısının 7 dekabr 2017-ci il tarixli, 198 nömrəli əmri ilə 2018-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilmişdir. Cədvəl Tərtər Rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər. Dövlət idarəçiliyi prinsiplərinin tətbiqi

    Hesabat ilində rayon icra hakimiyyəti işini “Dövlət Qulluğu haqqında” və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun qurmuşdur.
    0304İl ərzində rayon icra hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində idarəetmənin müasir stil və metodlarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə sənədlərlə işin yaxşılaşdırılması və kargüzarlığın təşkili daim nəzarətdə saxlanılmışdır.
    Əsasnaməyə uyğun olaraq kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bacarıqlı, işgüzar, işinin öhdəsindən layiqincə gələn, dövlətə və dövlətçiliyə sadiq kadrların işə qəbul olunmasına xüsusi diqqət və qayğı göstərilmişdir.

    0506Hesabat ilində rayonumuzdan Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə rayon icra hakimiyyətinin başçısı 2-ci dərəcəli “Əmək” ordeni, Dövlət qulluğunda səmərəli xidmətlərinə görə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İlqar Musayev və şəhər 2 saylı məktəb- liseyin ibtidai sinif müəllimi Mehriban Abbasova “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Hesabat ilində rayon icra hakimiyyəti inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının və notariat əməliyyatlarının aparılmasının vəziyyətini vaxtaşırı olaraq öyrənmiş və bu sahələrdə görülmüş işlər rayon icra hakimiyyəti başçısı yanında Şura iclasında müzakirə edilmişdir. Rayon icra hakimiyyəti ilə Tərtər şəhəri, Qaradağlı, Hacıqərvənd, Azadqaraqoyunlu və Evoğlu inzibati ərazi dairələri ilə birbaşa videokonfrans rabitəsi yaradılmışdır. Cari ilin yanvar ayında 29 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncaqları keçirilmiş, görülən işlər hərtərəfli təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Yığıncaqlarda iştirak edən 2554 nəfərdən 230 nəfər çıxış etmiş, 211 tənqidi qeyd və təklif irəli sürülmüşdür. Hesabat yığıncaqlarında icra hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak etmişlər.

    TƏRTƏRİN GECƏLƏRİ

    05 (Копировать)02 (Копировать)Yığıncaqların böyük əksəriyyətinin “Yeni Tərtər” qəzetində və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin olunmuş, söylənilmiş təklif və tənqiqi qeydlərin həyata keçirilməsi üçün Tədbirlər planı tutulmuş və icrasına başlanılmıdşır. Göründüyü kimi, rayonumuzda 2017-ci ilin nəticələri uğurludur. Arxada qalan bu ildə də sosial-iqtisadi sahədə xeyli nailiyyətlər əldə etmişik. Bu, bizi arxayın etməməlidir.2018-ci ildə görəcəyimiz işlər daha çoxdur. Belə ki, əhalinin su təminatı, qaz xətti çəkilməyən kəndlərimizin təbii qazla təmin olunması, əkin və səpin işlərinin yüksək aqrotexniki qaydalarla həyata keçirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, Azadqaraqoyunlu və Xoruzlu kəndlərində yeni məktəb binalarının tikilməsi, Bəyimsarov və Evoğlu kənd tam orta məktəblərinin əsaslı təmir olunması, mədəni-maarif binalarının əsaslı təmiri, mərkəzləşmiş kitabxana sistemi üçün, 04 (Копировать)musiqi məktəbinin, yaşayış məntəqələrində olan körpələr evi-uşaq bağçaları üçün yeni binaların tikilməsi, əsaslı təmir edilməsi və digər işlər öz həllini tapmalıdır. Bildiyiniz kimi, 2018-ci ilin oktyabr ayında ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcəkdir. Əminliklə bildirirəm ki, bu dəfə də seçkilər rayonumuzda azad, demokratik, şəffaf keçiriləcəkdir. Vətəninin azadlığını, müstəqilliyini, dövlətini və dövlətçilyini sonsuz məhəbbətlə sevən tərtərlilər artıq seçimlərini etmişlər. Onlar yenə də haqqa, ədalətə, öz xoşbəxt gələcəklərinə-Azərbaycan xalqının alternativsiz lideri, dövlətçilyimizin təhlükəsizliyinin qarantı, Heydər Əliyev ideyalarının ən layiqli davamçısı İlham Əliyev cənablarına səs verəcəklər.
    Rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, biz tərtərlilər Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə daim sadiq qalacaq, onun uğurla həyata keçirdiyi inkişaf strategiyasını dəstəkləyəcək, bundan sonra da rayonumuzun sosial-iqtisadi inkişafının sürətlənməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına çalışacağıq. Dövlət başçımızın Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə icra olunması üçün fəallıq göstərəcək, 2018-ci ildə yeni əmək nailiyyətləri qazanacağıq.

     

    Müəllif: Redaktor, 13:41

    Teqlər:

İsmarıclar bağlıdır.