Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Fev

    TƏRTƏR SAKİNLƏRİ QƏHRƏMANDIRLAR . ONLAR BURADA -DÖYÜŞ BÖLGƏSİNDƏ, DÜŞMƏNLƏ ÜZ-ÜZƏ MÖHKƏM DAYANIBLAR
    VƏ ATILAN, EVLƏRİNƏ DƏYƏN MƏRMİLƏR ONLARIN İRADƏSİNƏ ZƏRRƏ QƏDƏR TƏSİR ETMƏMİŞDİR.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    119901Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonumuzda yüksək səviyyədə əməl olunmuşdur. 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin 57 min 845 nəfəri tibbi müayinədən keçirilmiş, onlardan 3658 nəfəri ambulator, 47 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
    Dövr ərzində nikaha daxil olan 266 cütlük qan müayinəsindən keçirilmiş, 6 nəfər isə tək yoxlanılmışdır. Bunların 16 nəfərində talassemiya daşıyıcılığı, 6 nəfər patoloji hemoqolibin C, 1 nəfərində sifilis aşkar olunmuşdur.
    097Изображение 127Rayonda səhiyyə xidməti sahəsində nöqsanlar, çatışmazlıqlar qalmaqda davam edir. Belə ki, Mərkəzi rayon xəstəxanasında 38 nəfər ixtisaslı həkimə ciddi ehtiyac vardır. Təəssüf doğuran haldır ki, Mərkəzi rayon xəstəxanasında anestezioloq-reanimatoloqa, həkim-cərrahlara və həkim travmatoloqlara ehtiyac vardır. Bu səbəbdən də xəstələr respublikamızın digər klinik xəstəxanalarında müayinə və müalicə olunmağa məcburdurlar. Şöbədə vərəm, şəkərli diabet və bəd-xassəli törəmə xəstələrinin ilbəil artması da ciddi narahatlıq yaratmaqdadır.
    Hesabat dövründə sanitar-gigiyena və epidemiya əleyhinə müəyyən tədbirlər həyata keçirilsə də, yaşayış məntəqələrində sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər lazımi səviyyəyə çatdırılmamışdır. Odur ki, Gigiyena və Epidemiologiya Изображение 103DSC_9529 (Копировать)Mərkəzinin direktoru Musa Əliyev deyilənlərdən nəticə çıxarmalıdır.
    Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər Rayon nümayəndəliyində müəyyən işlər görülsə də, əhaliyə mədəni xidmət sahəsində illərdən bəri yığılıb qalmış xeyli nöqsan və problemlər vardır. Belə ki, rayon mədəniyyət mərkəzindən başqa, rayon mərkəzində, eləcə də kəndlərdə olan mədəniyyət obyektlərinin böyük əksəriyyəti tamamilə yararsız vəziyyətdədir. Müəssisələrin əksəriyyətinin əsaslı təmirə, Mərkəzləşmiş Kitabxana Sistemi, musiqi məktəbi üçün yeni binanın tikilməsinə, müasir inventar, avadanlıqlarla təchiz olunmasına və musiqi alətlərinə böyük ehtiyac vardır. İdarənin rəhbərliyi tərəfindən rayonda əhaliyə mədəni-xidmətin günün tələbləri səviyyəsinə çatdırılması üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.
    Rayon Gənclər və idman idarəsi tərəfindən ötən ildə tədbirlər Planına uyğun olaraq idmanın müxtəlif növləri üzrə 54 yarış keçirilmiş, yarışlarda 7930 nəfər iştirak etmişdir. Gənclər sahəsi üzrə 52, idman üzrə 48 tədbir keçirilmişdir.
    Görülən işlərə müasir dövrün tələbləri səviyyəsində yanaşdıqda görürük ki, burada həyata keçirilmiş tədbirlər lazımi səviyyəyə çatdırılmamışdır. Odur ki, idarənin rəisi Emin Pənahov gənclərin ideya-siyasi tərbiyə işini, idmanın səviyyəsni yüksəltmək və gənclərin asudə vaxtının səmərəli keçirməsini daha da yaxşılaşdırmaq üçün imkanlardan maksimum istifadə etməlidir.
    İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət
    75615130056094494823332_1000x669Rayonda aparılan ideoloji işin başlıca istiqamətini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil etmişdir. Rayonda bu istiqamətdə işləri daha da yaxşılaşdırmaq məqsədi ilə lazımi tədbirlər hazırlanıb həyata keçirilmişdir.
    Hesabat ilində rayonda ictimaiyyətin nümayəndələri, siyasi partiyalar və ictimai birliklərin iştirakı ilə 58 ümumrayon toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin, sosial- iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında analitik materialların operativ qaydada əhaliyə çatdırılması məqsədilə 5 təşviqat qrupu tərəfindən 1155 görüş keçirilmiş, tədbirlərdə minlərlə adam iştirak etmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilmiş bütün iclaslarda ölkə rəhbərinin nitqi ilə əlaqədar qarşıda duran vəzifələr rayon fəallarının yığıncaqlarında geniş müzakirə edilərək vəzifələr müəyyənləşdirilmiş və onların icrası təmin edilmişdir.
    Heydər Əliyev Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə, əhalinin bütün təbəqələrini cəlb etməklə yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda formalaşması istiqamətində 36 tədbir keçirilmiş, tədbirlərdə 1620 nəfər iştirak etmiş, ekskursiyalarda 7360 nəfər iştirak etmişdir. Ümumilikdə Heydər Əliyev Mərkəzinə gələnlərin sayı 9620 nəfər olmuşdur. Mərkəz rayon ictimaiyyətinin əsl ziyarətgahına çevrilmişdir.
    Hesabat dövründə rayonda 11 siyasi partiya fəaliyyət göstərmişdir. Həmin partiyalardan rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Yaradıcısı Ulu Öndər Heydər Əliyev, sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına insanların çox böyük inamı vardır. Buna görədir ki, hazırda Yeni Azərbaycan Partiyası rayon təşkilatının 6107 nəfər üzvü vardır ki, onlardan 3267 nəfəri və ya 53 faizini qadınlar,2840 nəfəri və ya 47 faizini isə kişilər təşkil edir. Təkcə hesabat ilində rayonda müxtəlif zümrələrdən olan, ictimaiyyətin hörmət və etimadını qazanmış, dövlətə və dövlətçiliyə, Heydər Əliyev ideyalarına sadiq olan 253 nəfər partiya sıralarına qəbul olunmuşdur. Onlardan 146 nəfəri və ya 57 faizini gənclər təşkil etmişdir.
    Rayonda olan digər partiyaların ilk təşkilatlarının isə heç bir sosial bazası yoxdur.
    Ötən il rayonda 4 qeyri-hökumət təşkilatı fəaliyyət göstərmişdir. Müddət ərzində rayonumuzda ictimai-siyasi təşkilatlar və aztəminatlı ailələr, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlərlə, kütləvi informasiya va-sitələri ilə səmərəli iş aparılmışdır.
    İl ərzində rayon icra hakimiyyəti işini “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qurmuşdur. Dövlət və özəl televiziyalarda, mərkəzi mətbuatda, o cümlədən, “Yeni Tərtər” qəzetində rayonun göstəricilərini əks etdirən müxtəlif səpkili materiallar verilmişdir. Bununla yanaşı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələrinin işıqlandırılmasında, milli-mənəvi dəyərlərin təbliği işində rayon qəzetinin imkanlarından geniş istifadə olunmuşdur. Qəzetin əməkdaşları tərəfindən müxtəlif mövzularda yazılan məqalələr daim oxucular tərəfindən maraqla qarşılanmışdır.

    Müəllif: Redaktor, 14:14

    Teqlər:

İsmarıclar bağlıdır.