Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    MİLLİ ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

    DSC_7503 (Копировать)Məni bu günlərdə gənclərin həqiqi hərbi xidmətə çağırılmasına həsr olunmuş tədbirə dəvət etmişdilər. Burada həmçinin ordudan yenicə tərxis olunan gənclər və Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak edirdilər.
    Bugünkü gənclərə baxanda istər-istəməz xəyalım məni bir az keçmişə, özümün orduya çağırıldığım günlərə apardı. 1990-cı illərin əvvəli idi. Ölkəmiz yenicə müstəqillik qazanmışdı. Milli Ordumuz hələ formalaşmamışdı. 1992-ci ildə mən Bakı şəhərindəki hərbi hissələrdən birində qulluq etdiyimə baxmayaraq, rayonumuza qayıtdım və yerli özünü-müdafiə batalyonuna yazıldım. Vətənimiz təhlükədəydi və belə vaxtda əli silah tutan hər kəsin borcu ön cəbhəyə getmək idi.
    Mən də vuruşdum. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Vəzir Orucov mənim komandirlərim olublar. Sıravi olsam da, döyüşdə müxtəlif silahlardan istifadə etməyi bacarırdım.
    1994-cü il yanvarın 11-də səhər-səhər Cardaxlı tərəfdə hücuma keçərkən yaralandım. Avtomat gülləsi çiynimdən dəyib bel sümüyümdən çıxmışdı. Döyüş yoldaş-larım məni arxaya gətirdilər və bundan sonra helikopterlə digər yaralılarla birlikdə Bakıya göndərdilər. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, indi həyatımı əlil arabasında keçirməyə məcburam. Rayonumuzda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı bütün tədbirlərdə iştirak edirəm. Görürəm ki, unudulmamışam. Döyüş yoldaşlarım da tez-tez mənə baş çəkir, problemlərimlə maraqlanırlar.
    Hazırda Qaradağlı kəndində yaşayıram. “Vətən naminə,” “Fədai” və “Vətən-pərvərlik işlərində xidmətlərinə görə” medalları ilə təltif olunmuşam. Xəstəliyimin müalicəsi yalnız xaricdə var. İnanıram ki, bir gün yaxşı insanların köməkliyi nəticəsində əlil arabası ilə vidalaşacağam.
    Bugünkü gənclərə demək istəyirəm ki, biz veteranlar müasir Azərbaycan Ordusu ilə qürur duyuruq. Onlara da vətənimizi göz bəbəyi kimi qorumağı, əsgəri xidmətlərini layiqincə başa vurmağı tövsiyə edirik.

    Niyazi QURBANOV

    Müəllif: Redaktor, 11:51

    Teqlər:

İsmarıclar bağlıdır.