Bu günlərdə Sarov kənd İƏD-də ötən il görülən işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbiri Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov açdı. Bildirdi ki, Sarov kənd İƏD Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazidə 99 nəfəri birləşdirən 32 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb.
Sonra məruzəçi görülən işlərdən və mövcud nöqsanlardan ətraflı bəhs etdi.
Hesabat yığıncağında kənd bələdiyyəsinin sədri Yusif Paşayev, Sarov kənd sakinləri Mənsim Allahverdiyev, Səkinə Kərimova, kənd tam orta məktəbinin direktoru Rüfət İsmayılov, Rəcəbli kənd əsas məktəbinin direktoru Mayıl Asla-nov, Sarov kənd həkim məntəqəsinin müdüri Zoya Muradova çıxışlarında işdə yol verilmiş nöqsanlara toxundular.
Sarov İƏD üzrə nümayəndəliyin illik hesabatında rayon icra hakimiyyətinin birinci müavini Ramiz Şabanov iştirak etmiş, qeyd olunan nöqsanların tezliklə aradan qaldırılması barədə tapşırıqlar vermişdir.
“Yeni Tərtər”