Tərtər Gənclər İnkişaf Mərkəzində 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbiri mərkəzin direktoru Ülviyyə Qəmbərova açdı. Qeyd etdi ki, bugünkü müstəqilliyimiz, azadlığımız qurbanlar hesabına qazanılıb. Yanvar şəhidləri də azadlıq fədailəri kimi daim qədirbilən xalqın qəlbində yaşayacaqlar.
Sonra Nuranə Mahmudova, Aynur Eyyubova, İlhamə Quliyeva çıxış edərək o qarlı-şaxtalı yanvar günün-də xalqımızın başına gətirilən müsibətlərdən danışdılar.
Dərnək üzvlərinin ifasında 20 Yanvara həsr olunmuş şeir və kompozisiyalar dinlənildi.
“Yeni Tərtər”