Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyl

    Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş, “İgidliyə görə” medalı ilə təltif edilmiş İlqar Həsənovun adı verilən küçənin açılışı olub.
    Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, bildirib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Tərtər şəhərində küçələrə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nicat İsgəndərovun adları verilib. Yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da adı verilmiş küçənin açılışı olacaq.
    Bu gün İlqar Həsənovun adı verilmiş bu küçənin açılışı da şəhidlərin ruhuna göstərilən dövlət qayğısının bariz təzahürüdür.
    Tədbirdə Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri, döyüş yoldaşı Suliddin Yusibov, şəhidin anası Bağdagül Həsənova, rayon Cümə Məscidinin axundu Sadiq Cəfərov, qardaşı Ağalar Həsənov, Ələsgərli kənd tam orta məktəbin şagirdi Paşa Adıgözəlli çıxış ediblər.

    Müəllif: Redaktor, 11:44

    Teqlər:

İsmarıclar bağlıdır.