TƏRTƏRİN YENİ, FİRAVAN HƏYATI BAŞLAYIB

Müstəqillik illəri Azərbaycanın bütün bölgələrini tanınmaz dərəcədə dəyişdirib. O cümlədən Tərtər rayonu daha da gözəlləşib. Ən başlıcası isə, bizi ən çox narahat edən problemlər –əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı məsələləri həll olunub. İnsanların rahat yaşaması onların işgüzarlığını, doğma yurdu abadlaşdırmaq həvəsini qat-qat artırıb.
Tərtərdə son illərin yeni tikintilərini saymaqla qurtaran deyil. Bunların hamısı–yeni şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi, məktəblər, uşaq bağçası və digərləri həyatımızı daha da mənalandırıb. Amma son illərin bir böyük tikinti layihəsi var ki, bu gün təkcə rayonumuzda deyil, respublikamızın hər yerində bu barədə danışırlar. Bu, Tərtərin ərazisində, Şıxarx qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınan iri qəsəbədir. Bura gələndə, hündür çoxmərtəbəli yaşayış binalarının arasında rayon yerində olduğunu unudursan. Möhtəşəm orta məktəb binasını, musiqi məktəbini, uşaq bağçasını görənlər heyranlıqlarını gizlədə bilmirlər. Həqiqətən, çox az bir vaxt ərzində dövlət başçısının tapşırığı əsasında burada əsl şəhər tipli nümunəvi bir qəsəbə salındı. Daha ətraflı »


Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Tərtər rayonunda da aztəminatlı ailələr xüsusi dövlət qayğısı ilə əhatə olunublar. Dövlət bu sosial qrupa aid edilən insanların gəlirinin artırılması üçün müxtəlif yardımlar edir, onlara müavinət və pensiyalar verir.
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. (“İİV” infeksiyası) QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bəladır.
Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dörd-otaqlıdır. Yaşayış məhəlləsində yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik məhəllədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici turak-siyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. Rayonu təmsil edən 40 nəfər məktəbli noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında olublar.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin sonuncu regional turniri Tərtər rayonunda keçirilib. Turnirdə Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarından ibarət komandalar iştirak edib.
Yeni ismarıclar