Bu gün sizə bir qızcığazdan söhbət açmaq istəyirəm. Öz rəqsi ilə tədbirlərdə iştirak edən Nərmin balamızdan.
Nərmin Həsənli hal-hazırda Buruc kənd tam orta məktəbinin V sinif şagirdidir. 2015-ci ildən uşaq yaradıcılıq mərkəzində “rəqs” dərnəyinin üzvüdür. Lap kiçik yaşlarından rəqsə böyük marağı olub. O, rəqslə yanaşı həm də rəsm çəkmək qabiliyyətinə malikdir. Öz xəyallarındakı nağılları rəsmlərində canlandırır. Sanki rənglərin dilini bilir.
Tərtər rayonunda keçrilən konsert proqramlarında tez-tez iştirak edir. Nərmin bacarığına görə uşaq yaradıcılıq mərkəzinin fəxri fərmanı ilə təltif olunub.
Bu ilin may ayında ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində çıxış edən rəqs qrupunun tərkibində Nərmin də iştirak edirdi. O, həmin verilişdə oynadığı “Şərq” rəqsi ilə tamaşaçıların yaddaşında qaldı.
Nərmin dərslərinə də diqqətlə yanaşır. Çalışır ki, bütün tapşırıqları vaxtında yerinə yetirsin.
Onun ən sevimli məşğuliyyəti nənəsinin söylədiyi nağıllara qulaq asmaqdır. Ev işlərində anasına da kömək edir. Balaca Nərminin çalışqan olmağı valideynlərini çox sevindirir. Ona gələcək təhsilində uğurlar arzulayırıq.
Ülviyyə QƏNBƏROVA,
uşaq yaradıcıllıq mərkəzinin direktoru