Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,856
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Noy

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında”  ağacəkmə aksiyası keçirilib.

    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman idarəsinin rəisi Anar Əsgərov,  Vətən Müharibəsi qaziləri, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və “DOST MMC”-nin işçiləri iştirak ediblər.

    Aksiya çərçivəsində “Vətən bağında”  300 ədəd müxtəlif növ meyvə ağacları əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq  davam etdiriləcəyini qeyd edib.

     

     

     

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 11:03

İsmarıclar bağlıdır.