Vətən torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan yüzlərlə oğullarımızdan biri də Zeynalov Elşən Allahverən oğludur.
Elşən 1970-ci il sentyabr ayının 26-da Ağdam rayonunun Təzəkənd kəndində anadan olub. Uşaq yaşlarından anası rəhmətə gedəndən sonra Tərtərin Hüsənli kəndində yaşayan nənəsi Məleykənin himayəsində böyüyüb 1977-1987-ci illərdə Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Bir-birini əvəz edən illər Elşənin də həyatında silinməz izlər qoyub. O, orta təhsilini başa vurandan sonra, 1989-1991-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmət keçib.
1992-ci ildə milli ordumuzun sıralarına yenidən hərbi xidmətə çağrılıb. Bu elə bir zaman idi ki, mənfur ermənilər. Azərbaycan torpaqlarıni işğal etməyə ciddi cəhd göstərirdilər. Elşən Drambon kəndi ətrafında gedən döyüşlərdə artilleriya mərmisinin qəlpəsindən ağır yaralanır. Daha ətraflı »
-
20NoyDigər 23 YAŞINDA ŞƏHİD OLUB üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
10NoyDigər üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır. Heydər ƏLİYEV,
Ümummilli LiderYeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. 2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır. Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
10NoyXəbərlər 25 İLLİK ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti və YAP Tərtər Rayon Təşkilatı birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirdilər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.
Yubiley tədbiri Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin iclas zalında davam etdirildi, YAP rayon təşkilatının sədri Ramiz Şabanov yubiley tədbirini açdı. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə partiya fəalları, ərazi ilk partiya təşkilat sədrləri, idarə, müəssisə rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Azərbaycanın dövlət himni səsləndikdən sonra YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə təbriklərini çatdırdı və geniş məruzə ilə çıxış etdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10NoyXəbərlər UNUDULMAZ AD GÜNÜ üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti hörmətli ziyalı, tədqiqatçı, folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin anadan olmasının 84 illiyi münasibətilə redaksiyada tədbir keçirib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizova, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Gündüz Mürsəlov, Qaraqoyunlu kənd İƏD üzrə icra nümayəndəsi Nazim Xəlilov və “Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi iştirak ediblər.
Nubar müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10NoyXəbərlər ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI BİRGƏ TƏDBİRLƏR GÖRƏK üçün şərhlər bağlıdır

Dünyaya gələn hər bir körpə çiçək kimi gözəldir. Amma təəssüf ki, bəzən biz valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu zərif çiçəkləri lazımınca qoruya bilmirik. Buna görə də onlar hələ açılmamış solurlar. Bəs, nədir bunun səbəbi? Hansı bəlalardır balalarımızı uçuruma aparan? Elə bir yol ki, ordan qayıtmaq ya mümkün deyil, ya da olduqca çətindir.
Bütün bunlar barədə bu günlərdə rayon Gənclər Mərkəzində təşkil olunan geniş tədbirdə söhbət getdi. Tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri, səhiyyə işçiləri, müəllimlər, şagirdlər, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Rayon polis şöbəsinin rəisi Rauf Məcidov narkomaniyanın cəmiyyətimizə vurduğu ağır zərbələrdən, erkən nikahın zərərindən, dini radikalizmin təhlükəsindən bəhs edən geniş və dolğun məruzə söylədi və sonda belə bir fikir ifadə etdi ki, bu bəlaların aradan qaldırılması üçün cəmiyyət üzvlərinin vətənpərvərlik ruhu yüksəldilməlidir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10NoyDigər ERMƏNİLƏRİN AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİALARINI İFŞA EDƏN ABİDƏ: “MARAĞA–150” üçün şərhlər bağlıdır

Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa–150” abidəsidir. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.
Həmyerlimiz tarixçi Türkan Qasımova bildirib ki, ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsi Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində XIX əsrin 20-30-cu illərindən başlayıb. 1828-ci ilin fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Daha ətraflı »Teqlər: Digər
-
10NoyXəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
“Tərtər-Şıxarx” avtomobil yolunun ətrafında, 1170 məcburi köçkün ailəsi üçün yeni inşa edilmiş qəsəbənin ərazisində keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi tədbirdə 5000-dən çox müxtəlif növ ağac, dekorativ çiçəklər və gül kolları əkildi.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı və yeni əkilən ağaclar suvarıldı.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10NoyKənd təsərrüfatı HEYVANDARLIQ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
2017-ci ilin ilin 9 ayı ərzində rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 52 milyon 117,5 min manat təşkil etmişdir. Onun 37,7 faizi və ya 19 milyon 660,3 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşır.
Kənd təsərrüfatında heyvandarlıq bitkiçiliyə nisbətən daha stabil olması ilə xarakterizə olunur. Son illər bu sahə daha dinamik və intensiv inkişaf edir. 2017-ci ilin 9 ayı ərzində rayonda diri çəkidə 2170,2 ton ət, 17612,4 ton süd, 7 milyon 850 min ədəd yumurta istehsal edilmiş və 131,2 ton qoyun yunu qırxılmışdır. 2016-cı ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 36,7 ton və ya 1,7 faiz, süd istehsalı 2311,4 ton və ya 15,1 faiz, yumurta istehsalı 180 min ədəd və ya 2,3 faiz, yun istehsal 6,6 ton və ya 5,3 faiz artmışdır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10NoyKənd təsərrüfatı Rayonumuzun həyatından üçün şərhlər bağlıdır

Son illərdə respublikamızda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Bir il ərzində kənd təsərrüfatı, o cümlədən tərəvəz məhsullarının istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu aqrar sahədə böyük dəyişikliklərə səbəb olub.
Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə təkrar əkinlərə görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 50 manat məbləğində subsidiyanın verilməsi tərəvəzçiliyin inkişaf etdirilməsində stimul yaradıb. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10NoyDigər GÖZƏLLİK VƏ SAĞLAMLIQ ÜÇÜN üçün şərhlər bağlıdır
Son illər rayonumuzda quruculuq, abadlıq, yaşıllaşdırma işləri mütəmadi şəkildə davam etdirilir. Elə bu səbəbdən də Tərtərimizin siması daim dəyişir, gözəlləşir.
Bunu həm yerli sakinlər, həm də rayonumuza gələn qonaqlar səmimiyyətlə dilə gətirirlər.
Ölkə Prezidenti İlham Əliyevin Tərtər haqqında söylədiyi fikirlər insanda böyük ruh yüksəkliyi yaradır: “Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir. Rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar”.
Bəli, Tərtəri gözəlləşdirən burada inşa olunan yeni binalarla yanaşı həm də salınan yaşıllıqlardır.
Tərtər Komunnal Təsərrüfatı İdarəsinin rəis əvəzi Saleh Qəhrəmanov və yaşıllaşdırma sahəsinin rəisi Raiz Səmədov bildirdilər ki, son illər rayonumuzda yaşıllaşdırma işlərini mütəmadi olaraq etdiririk. Daha ətraflı »Teqlər: Digər


Yeni ismarıclar