11Okt
VƏHŞİLİYİN SON HƏDDİ

Uşaqlar bu dünyanın ən pak, ən müqəddəs mələkləridir. Onlar hələ bu həyatda heç bir günah işləməyiblər. (Bəlkə də günahları bu sərsəm dünyaya gəlmələridir). Məsum körpələrə qıymaq, onları qanlarına qəltan eləmək vəhşiliyin son həddidir. Ermənilər bu qəddarlığa da əl atırlar. Onlar üçün öldürdükləri uşaqdır, böyükdür, fərqi yoxdur, taki azərbaycanlı olsun. Bu vəhşiliyə əl atan ermənilərin görən öz balaları, ata-anaları yoxdurmu? Onlar niyə fikirləşmirlər ki, bu gün elədikləri sabah öz başlarına gələ bilər? Tanrı heç nəyi əvəzsiz qoymur. Mən inanıram, ermənilərin Xocalıda törətdikləri ən qəddar vəhşiliyi, 613 nəfərin amansızcasına qətlə yetirilməsini ( bunların içində körpələr, ixtiyar qocalar, ağbirçək nənələr də çox idi) bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi nə yer bağışlayacaq, nə göy və bu çanaq nə vaxtsa ermənilərin öz başında çatlayacaq. Daha ətraflı »
Teqlər: Digər
11Okt
GƏNC TARİXÇİ
Hər il oktyabrın 5-i bütün dünyada ümumxalq müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlərin peşə bayramıdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün böyük hörmət və ehtiramla yad edilir. Müqəddəs müəllim adını daşıyan hər kəs sevgi ilə xatırlanır. Təsadüfi deyil ki, bəzən müəllimi ikinci valideyn adlandırırlar. Elmə, təhsilə maraq, sevgi yaradan, çətin yolları keçməkdə, pisi yaxşıdan ayırmaqda bələdçilərimiz müəllimlərimiz olur.
Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşıb. Məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə müəllimin nüfuzu ilbəil artır. Daha ətraflı »
Teqlər: Təhsil
11Okt
MUĞAMIN SEHRİ

Milli musiqimizin tacı sayılan muğamlar Azərbaycan musiqisinin özülünü təşkil edir. İnsanda ülvi hisslər oyadır, həyatda, mənəvi aləmimizdə nur çələnginə bənzəyir muğam. Muğamlarımıza qulaq asdıqca zənginləşirik, bəsit fikirlərdən uzaqlaşaraq büllurlaşıb, paklaşırıq, xeyir-xahlığa can atırıq, bu qarışıq həyatımızda qəhrəmanlıq salnaməsinə çevrilir muğam.
Azərbaycan muğamları ifaçıdan–ifaçıya ötürülərək inkişaf etdirilmiş, bu günümüzə kimi gəlib çıxaraq milli sərvətimizə çevrilmişdir.
Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov yeddi əsas muğamların psixoloji-emosional təsirindən bəhs edərək qeyd edir ki, “Rast” dinləyicilərdə mərdlik və gümrahlıq hissi, “Şur” şən, lirik əhval-ruhiyyə, “Segah” məhəbbət hissi, “Şüştər” dərin kədər, “Cahargah” həyacan və ehtiras, “Bayatı-Şiraz” qəmginlik, “Humayun” daha dərin bir kədər hissi oyadır. Daha ətraflı »
Teqlər: Mədəniyyət
11Okt
Bu dəyərlər zaman-zaman yaşayaraq bizi başqa xalqlardan fərqləndirir. Bununla əlaqədar Qurani-Kərimdə deyilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. (Hücurat-13).
Milli dəyərlərimizin qorunması bu gün daha çox aktualdır. Çünki bu dəyərlərin həm də milli dövlətçiliyimizin formalaşmasında xüsusi rolu var.
Ümumiyyətlə, milli dəyərlərə nələri aid etmək olar? Bu, bizim ideologiyamız, tariximiz, dilimiz, dinimiz, musiqimiz, folklorumuzdur. Bir sözlə, milli olan nə varsa, hamısı milli-mənəvi dəyərlər sisteminə aiddir.
Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi: “Bizim hamımızın bir vətəni var–bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
11Okt
Bu gün sizə bir qızcığazdan söhbət açmaq istəyirəm. Öz rəqsi ilə tədbirlərdə iştirak edən Nərmin balamızdan.
Nərmin Həsənli hal-hazırda Buruc kənd tam orta məktəbinin V sinif şagirdidir. 2015-ci ildən uşaq yaradıcılıq mərkəzində “rəqs” dərnəyinin üzvüdür. Lap kiçik yaşlarından rəqsə böyük marağı olub. O, rəqslə yanaşı həm də rəsm çəkmək qabiliyyətinə malikdir. Öz xəyallarındakı nağılları rəsmlərində canlandırır. Sanki rənglərin dilini bilir.
Tərtər rayonunda keçrilən konsert proqramlarında tez-tez iştirak edir. Nərmin bacarığına görə uşaq yaradıcılıq mərkəzinin fəxri fərmanı ilə təltif olunub. Daha ətraflı »
Teqlər: Mədəniyyət
11Okt
“Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi baş redaktorun müavini Svetlana Bağırovanı həsrətlə gözlədiyi qız nəvəsinin dünyaya gəlişi münasibəti ilə təbrik edir, həm özünə həm də nəvəsinə cansağlığı və xoşbəxtlik arzulayır. Atalı, analı böyüsün!
Teqlər: Digər
29Sen

Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq səhifəsi kimi tarixə yazıldı. Qlobal informasiya savaşında möhtəşəm zəfərə imza atan Azərbaycan Prezidenti dünyanın ən böyük ali tribunasından fövqəlgüclərə mühüm mesajlar verdi.
Azərbaycan Prezidentinin cəsarətli çıxışı, BMT kimi nüfuzlu qurumun ali kürsusündən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə etdiyi müraciət qətiyyət nümunəsi kimi dəyərləndirilməlidir. Bu, bir həqiqətdir ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Daha ətraflı »
Teqlər: Digər
29Sen

Pambıq yığımı ilə əlaqədar pambıqçıların müşavirəsi keçirildi.
Tədbirdə aidiyyəti idarə, müəssisə və təşkilatların pambıq qəbulu məntəqələrinin təmsilçiləri, pambıq istehsalçıları, fermerlər, keçmiş qabaqcıl pambıqçılar, sürücü-mexaniklər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov pambıqçılığın inkişafına dair ölkə rəhbərinin respublikamız üçün çox mühüm sahə olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu bildirdi. Rayon rəhbəri kənd təsərrüfatının strateji məhsulu olan pambığın gələcəkdə əkin sahələrinin genişləndirilməsinin və bu sahədə keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı. Müşavirədə pambıqçılığın həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirməsi qeyd olundu. Daha ətraflı »
Teqlər: Xəbərlər
29Sen

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüşü-qəbulu Rəcəbli kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri əvvəlcə məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik etdi, məktəbə yeni qədəm basmış birincilərə uğurlar dilədi.
Sonra Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı məlumatlar verdi. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
29Sen
MƏRHƏMƏT HAKİM OLSUN BÜTÜN İNSANLIĞA!
Bu yazıya başlamaq istəyəndə, gözlərim önünə dünya xəritəsi gəldi. Bəli, bu gün qazan kimi qaynayıb daşan dünya–Əfqanıstan, İraq, Fələstin, Suriya, Türkiyə, Myanmar və dünyanın başqa ölkələri ilə yanaşı öz vətənim–Qarabağım qan içindədir. Müsəlmana yönəlmiş soyqırımlar səngimir. Bu ədalətsiz müharibələr, sayı-hesabı bilinməyən qətliamlar, dəhşət və işgəncə ilə öldürülən günahsız insanlar nədən dünyanın vicdanını sızlatmır, donmuş insanlığı əritmir? Sanki gözlər kor, qulaqlar kar olmuş. Baş vermiş və davam edən dəhşətlərə–köməksiz insan və məsum körpə qırğınlarına dünya laqeydcəsinə susur.
İnsan haqlarından ağızdolusu danışan Qərb bu gün diri-diri torpağa basdırılan, batan qayıqlardan cəsədləri dəniz sularına qərq olan körpələri məgər görmürmü? Düşünürəm ki, görəsən böyük şairin qorxduğu zamanmı gəldi?
“Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə”. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar