10May

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı Mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açıb. Sonra yığıncaq iştirakçıları Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə edib.
Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, uşaq xəstəxanasının həkimpediatrı Arzu Əhmədova, tibb bacısı Samirə Hacıyeva tədbirdə çıxış ediblər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
10May
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov rayonumuzda növbəti regional vətəndaş qəbulu keçirib. Qəbulda Tərtər ilə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Komitə sədri vətəndaşları dinləyərək bəzi müraciətlərin dər-hal həlli üçün məsul qurum rəhbərlərinə tapşırıqlarını verib.
Qəbul zamanı komitə sədri Kərəm Həsənov müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
10May
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və İslam Həmrəyliyi” adlı “dəyirmi masa” təşkil edildi. Tədbirdə təhsil, mədəniyyət işçiləri, YAP rayon təşkilatının və rayon qəzetinin təmsilçiləri iştirak edirdilər.
“Dəyirmi masa”nı Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açdı və məruzə ilə çıxış etdi. Daha sonra söz gənclərə verildi.
Rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə, metodkabinənin rəhbəri İntiqam Nuriyev, Sarıcalı kənd tam orta məktəbinin direktor müavini Vəsilə Mehdiyeva, uşaq yaradıcılıq mərkəzinin müəllimi Sənubər İsmayılova, 5 saylı tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva Ulu Öndər Heydər Əlievin müdrik siyasətindən danışdılar.
Tədbirin sonunda iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya zalını ziyarət etdilər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
10May
Qaradağlı kəndində şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə keçmiş döyüşçülər, kəndin ictimaiyyəti, gənclər iştirak ediblər. Əvvəlcə onlar I Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Anım mərasimi kənd məktəbinin iclas zalında davam etdirilib. Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra məktəbin direktoru Eldəniz Ələsgərov kəndin 11 igid oğlu, o cümlədən aprelin 21-də doğum günü olan Maarif Abbasov haqqında məlumat verib. Bildirib ki, bu gün onlar sıralarımızda olmasalar da, daim anılırlar.
Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri və Əlilləri İctimai Bir-liyi Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov, veteranlardan Eldəniz İbadov, Nəriman Sadıqov, tarix müəllimi Həqiqət Əliyeva, aprel döyüşlərinin iştirakçısı Ruslan Abbaszadə qəhrəmanların döyüş yolundan danışıb, bu yolun gənclər üçün örnək olduğunu bildiriblər.
Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səslənib.
Həmin gün veteranlar həmçinin Kəngərli kəndində də şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Kənan Hüseynzadə
Teqlər: Xəbərlər
10May
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qaf-qazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Daha ətraflı »
Teqlər: Digər
10May
Başqa xalqlara, mədəniyyətlərə hörmət Ümummilli Lider Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana xəttini təşkil edir. Ulü Öndər xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirdi. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. Buna görə də mədəniyyətinin kökündə ümum-şərq faktoru xüsusi yer tutan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir.
Çıxışlarının birində Heydər Əliyev demişdir: “İslam dini bizim doğma dinimzdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir… Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Daha ətraflı »
10May

İnsan Ulu Tanrı tərəfindən yaradılmış canlı varlığın ən seçilmişi – ağlına, zəkasına, şüuruna görə fərqlənəni, bütün canlılardan çox ağrı-əzab çəkəni, bir damla suya, təmiz havaya, qəlb oxşayan sözə, ümidsiz anlarında Tanrıya, inanc yerlərinə, məlhəmverici bir əlin sığalına ən çox ehtiyacı olanıdır. Dərd insanı ağuşuna alanda, əlləri yerdən-göydən üzülən anında inanc yerlərinə can atar, orada son ümid işartısı tapar, bir ümid işığına bel bağlayar. Bu ümid yerləri–məscidlər, pirlər, ziyarət-gahlar, Seyid ocaqlarıdır. Belə inanc yerlərindən biri də xalq arasında çox böyük hörmətə sahib olan “Seyid Yusif ağa ziyarətgahı”dır.
Tanıdığım, dərd-sərindən xəbərim olan insanların çox az hissəsi var ki, Seyid Yusif ağanın mübarək nəfəsindən, bu ocağın müqəddəsliyindən söz açmasın, müşkül işinin əlacını bu ziyarətgahdan tapmasını söyləməsin. Elə mən özüm həmin ocağı dəfələrlə ziyarət etmişəm. Oradan qayıdarkən sanki dərddən yüngülləşmiş kimi olmuşam. Bu yazını hazırlayarkən təsadüf etdiyim müşahidələrimə güvəndim. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
10May

Bu günlərdə redaksiyamızın qeyriadi, çox dəyərli qonaqları oldu. Sinələri orden və medallarla dolu, qəlblərində vətən sevgisi, şəhid nisgili, əlillik ağrıacısı olan bu insanlar Qarabağ müharibəsi veteranları idi. Onlar “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə “Vətən naminə” medalını təqdim etmək üçün gəlmişdilər.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon Şöbəsinin sədri Suliddin Yusibov bildirdi ki, Birliyin İdarə Heyətinin təsis etdiyi bu medala Vətənə layiqincə xidmət edən, düşmənə qarşı mübarizədə fəallıq göstərən insanlar layiq görülürlər. Biz qazilər bu mübarizəni əlimizdə silah aparmışıq. Tofiq Yusif isə öz qələmi ilə döyüşüb. Bunların hər ikisi Xalqa, Vətənə xidmətdir. Tofiq müəllimin müəllifi olduğu kitablar ona görə çox dəyərlidir ki, o, Qarabağ müharibəsinin tarixindən, şəhidlərdən, onların ailələrindən, müharibə əlillərindən, veteranlardan yazmaqla, gənclərimizin vətənpərvərlik tərbiyəsinə güclü təsir göstərir. Tofiq Yusif uzun illərdir ki, bu şərəfli missiyanı davam etdirir. Daha ətraflı »
Teqlər: Xəbərlər
10May
Respublika mətbuatının səhifələrində

Tərtər rayonunda yaztarla işləri ilə bağlı yaradılmış operativ qərargahın növbəti iclasında biz də iştirak edirdik. Çıxışlar bir-birini əvəz edirdi. Ən son məlumatları əks etdirən arayışlar iştirakçıların nəzərinə çatdırılır, rəqəmlər, fakt və göstəricilər tutuşdurulurdu. Müqayisəli təhlil isə ötən günün mənzərəsini çox aydın əks etdirirdi – hansı sahədə irəliləyiş var, hara əlavə kömək lazımdır, harda iş ləngiyir və s. Bir məlumat isə hamıda sevinc və məmnunluq yaratdı: rayonda çiyid səpini başa çatıb. Özü də ən qısa müddətdə–cəmi 15 gündə.
Belə xoş əhval və fərəhli düşüncələrlə operativ qərargahın iclasından çıxıb adı çəkilən ünvanlara–yaz-tarla işlərini, xüsusilə çiyid səpinini nümunəvi qaydada təşkil edən fermerlərin, sahibkarların sahələrinə baş çəkdik. Daha ətraflı »
Teqlər: Sosial
10May
“SAĞLAM BƏDƏNDƏ SAĞLAM DA RUH OLAR”
Görülən bütün tədbirlərə baxmayaraq, narkomanlıq qarşısı alınmaz yoluxucu bir xəstəlik kimi hər il artmaqda davam edir və bu bəlaya düçar olanların yaşı gəncləşir. Bu o deməkdir ki, narkomaniya yeniyetmələrə və uşaqlara da sirayət etməyə başlayıb. Belə hal isə ən dəhşətli faciələrdən və qorxulu bir tendensiyadan xəbər verir. Bütün dünyanın bəlasına çevrilmiş narkomaniyanın hansı mənbədən qaynaqlanaraq ildırım sürəti ilə artması, cəmiyyətin bütün təbəqələrini əhatə etməsi, bütün yaş baryerlərini aşması səbəbləri bəs nədir? Bunun qarşısını almaq mümkün deyilmi? Həyatda mümkün olmayan şey yoxdur, lakin asan deyil.
Statistikaya görə ölüm yaşı da cavanlaşır. Onun bir əsas səbəbi də narkomaniyadır. Çox təəssüf ki, böyük həyati təhlükəsi olan bu vərdiş məktəblərdə də yayılmaqdadır. Yazıqlar olsun! Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar