27Apr
KİTABLARA MÜNASİBƏT NƏ ÜÇÜN DƏYİŞİB?

Rəsmi məlumatlara görə UNESCO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi barədə qərar qəbul olunub.
1997-ci ildən başlayaraq Azərbaycanda bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini bildirmək, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanılmasına yönəltmək də bu məqsədi şərtləndirən amillərdəndir. Daha ətraflı »
Teqlər: Digər
27Apr
TARİXİ YAŞADAN QƏZET
83 il əvvəl aprel ayında ilk nömrəsi işıq üzü görən Tərtər rayon qəzetinin nəşri o dövrün zərurəti idi. Quruluş dəyişmiş, insanların həyat tərzi yenilənmişdir. Belə bir şəraitdə işə münasibətdə də dönüş yaranmalıydı. Buna görə də rayon sakinlərini bir amal uğrunda birləşdirən, qarşıda duran vəzifələri onlara çatdıran, nöqsanların operativ şəkildə aradan qaldırılmasına köməklik göstərən mətbu orqan lazım idi.
Belə bir orqan ilk nömrəsi 1934-cü ildə çapdan çıxan “Kolxozçuların varlanması uğ-runda” qəzeti oldu. İlk vaxtlar MTS-in (Maşın-Traktor Stansiyasının) siyasi şöbəsinin nəzdində fəaliyyət göstərən bu qəzet sonralar rayon partiya komitəsinin orqanına çevrildi və demək olar ki, bir növ partiya komitəsinin tribunası oldu. Daha ətraflı »
Teqlər: Digər
27Apr
Elə bir dövrün sakinləriyik ki, sərbəst sözümüzü açıq söyləyə bilirik. Lakin görək hər kəs bu fikir azadlığından lazımınca istifadə edirmi? Bu gün abırlı, ismətli, gözəl qələmi ilə tanınmış jurnalistlərin əvəzinə “reket jurnalistlər” xalqa nə söyləyib, nə bildirirlər? Nədən kimisə yalandan tərifləyən və ya kiməsə qara yaxanlar jurnalistikada geniş yayılıb?
2-3 ilin söhbətidir. Otaqda işlə məşğul idim. Qapı döyüldü. Içəri 32-33 yaşlarında tanıdığım bir kişi gənc bir oğlanla daxil oldu. Qəzetdə elan verməklə bağlı gəldiklərini bildirdilər. Adəti üzrə lazımi sənədləri təqdim etmələrini söylədim. Qarşılığında mənə verdikləri cavabı nəzərinizə çatdırmaq istəyirəm:
–Əşi, o sənəd olsa daha bura nəyə gəlirik, mən özüm də qəzetdə şöbə müdiri işləyirəm, deyirlər ki, gərək yerli qəzetdə elan verilsin, yoxsa öz qəzetimdə çap etdirərəm. Daha ətraflı »
Teqlər: Digər
27Apr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması sahələrində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
Hazırda respublikamızda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi prioritet vəzifələrdən hesab olunur.
Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatında strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi sərəncamlar əməkçilərdə marağın artmasına səbəb olmuşdur. Bu sahənin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olur. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
27Apr
Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Elə buna görə də hələ ötən ilin payızında rayonun təsərrüfatlarında 6874 hektar sahəyə taxıl, 2645 hektar sahəyə arpa səpilmişdir. Bol məhsul götürmək məqsədilə birinci veketasiya suvarması, gübrə verilməsi bütün təsərrüfatlarda keyfiyyətlə həyata keçirilmişdir.
Mal-qaranın yem bazasını möhkəmləndirmək, ət, süd istehsalını artırmaq üçün 368,7 hektara yonca toxumu səpilib. Bu işdə bir sıra təsərrüfatlar xüsusilə fərqlənib. Belə ki, Borsunlu və Hacıqərvənd kəndlərinin hər birində 60, Sarovda 20 hektar sahəyə yonca səpilib. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
27Apr
Təbiət yaşadığımız canlı aləmdir. Bu aləmin varlığı üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq. “Dədə Qorqud” filmində deyilən bir ibrətamiz fikir hər birimizin yaddaşına həkk olunmalıdır: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə gərək onu əkib becərəsən. Əgər qoruya bilmirsənsə, əkib becərməyə, əkib becərmirsənsə, qorumağa dəyməz”.
Yaşadığımız Tərtər rayonu havasına, münbit torpağına, saf, təmiz suyuna görə bir sıra rayonlardan fərqlənir. Ona görə də əkinçinin əlindən torpağa düşən bir toxum dənəsi dərhal cücərir, boy atır, bar verir. Daha ətraflı »
Teqlər: Digər
27Apr
TƏRTƏRLİ GƏNCLƏRİN İDMAN NAİLİYYƏTLƏRİ
Müasir gənclərin milli ruhda və sağlam böyüməsi ilə yanaşı, kiçik yaşlarından uşaqların idmana həvəsləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu məqsədlə rayon gənclər və idman idarəsi də bir sıra tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, idmançılarımız nəinki rayon miqyasında, eləcə də respublika üzrə keçirilən idman yarışlarında Tərtəri layiqincə təmsil edir və qələbə qazanırlar.
Belə ki, cari ildə idmançılarımız Gənclər Günü münasibəti ilə Mədəniyyət Mərkəzində keçirilən yarışlarda, fevral ayında Bakı İdman Sarayında kikboksinq üzrə XXIII ölkə çempionatında, həmin ay Bakı şəhə-rində boks idman növü üzrə Azərbaycan birinciliyində, yeniyetmələr arasında kikboksinq və boks üzrə ölkə birinciliklərində, “Şahinlər” hərbi idman oyununun rayon mərhələsində yüksək nailiyyətlər əldə etmişlər. Daha ətraflı »
Teqlər: Digər, İdman
24Apr

Aprelin 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yaradıcılıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, “Multikulturalizm” və “Türkologiya” jurnalının redaksiya heyətinin də iştirak etdiyi tədbiri Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov giriş sözü ilə çıxış edərək kitab təqdimatının Cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı imzaladığı Sərancam çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq düzənləndiyi bildirib. Daha ətraflı »
Teqlər: Digər
19Apr
ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ
İNSANLARA NUR BƏXŞ EDƏN İNSAN

Sarıcalı kənd tam orta məktəbində görkəmli alim, unudulmaz ana, xeyirxah insan, etibarlı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın doğum günü böyük sevgi və minnnətdarlıq hissi ilə qeyd olunub. Tədbiri açan məktəbin direktor müavini Vəsilə Mehdiyeva deyib: “Zərifə xanım Əliyevanın adı çəkilərkən, ilk növlədə işıq sözü xatırlanır. İşıq isə həyat deməkdir. Zərifə xanım da öz əlləri ilə insanlara işıq, nur bəxş edirdi. Böyük ürək sahibi olan bu qadın insanlara Günəşi, rəngləri, təbiəti, mavi səmanı bəxş etmək üçün yaranmışdı”.
Məktəb proyektorunun vasitəsilə ilə ekranda canlanan və böyük bir məhəbbətin tarixini əks etdirən şəkillər və səsləndirilən “Ana” mahnısı hamını duyğulandırıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
19Apr
Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, icra hakimiyyətinin, Fondun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.
İcra başçısı Müstəqim Məmmədov Regional Bilik evinin məhz Tərtər rayonunda açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirərək, Bilik evinin fəaliyyəti üçün hər bir şəraitin olduğunu, bu imkanlardan yararlanaraq, Qarabağ bölgəsində geniş maarifləndirmə işlərinin həyata keçiriləcəyini deyib. Tərtər rayonunun cəbhə bölgəsində yerləşdiyini xatırladan Müstəqim Məmmədov düşmən üzərində tam qələbə qazanmaq yolunun təkcə silahdan deyil, həm də elmdən keçdiyini diqqətə çatdırıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar