Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    QƏZETİN İLK REDAKTORU İLƏ MÜSAHİBƏ

    DSC_4464DSC_4474–Tofiq müəllim, mən mətbuata təxminən sizinlə eyni vaxtda, yəni ötən əsrin 60-cı illərinin sonunda gəlmişəm. Yaxşı xatırlayıram, mən korrektor, siz isə yerli radio verilişlərinin təşkilatçı müxbiri işləyirdiniz. O dövrdə, bir rayonun radio verilişlərinin məktəb partası arxasından yenicə ayrılmış gəncə tapşırılması böyük məsuliyyət idi. Bu, necə mümkün olmuşdur?
    –Bəli, razıyam ki, bu verilişlərin hazırlanması məsuliyyət tələb edirdi. Lakin o biri məsələlərə gəldikdə isə, təcrübəm olmasa da, bu sahəyə kifayət qədər marağım vardı. Orta məktəbi medalla bitirmişdim. Azərbaycan ədəbiyyatını gözəl bilirdim. Üstəlik özüm də yaradıcılıqla məşğul olurdum. Yəni şeir, hekayə yazırdım. Odur ki, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində həm müsahibədən müvəffəqiyyətlə keçdim, həm də verilən tapşırığı lazımi səviyyədə yerinə yetirdim. Ona görə də həmin vəzifədə işləmək üçün əmrim verildi, o zaman 17 yaşım vardı.
    Изображение 072–Aramızda yaş fərqi olmadığına görə, “Qızıl bayrağ”ın dövründə, redaksiyada işləyən digər həmyaşıdlarım kimi, mən sizə adınızla müraciət edirdim. Yadımdadır ki, yaxşı yoldaşlığınız vardı. Kimisə müdafiə etmək lazım gəldikdə, hadisələrin sonrakı gedişini, vəziyyətinizi nəzərə almadan özünüzü “oda atmağa” hazır idiniz. Sonralar iş yerinizi dəyişdiniz. Bir şəhərdə yaşasaq da, çox az-az rastlaşırdıq. Həyatımızda baş verənlərdən kənardan-kənara xəbər tuturduq. 2005-ci ildə “Yeni Tərtər”də görüşdük.
    Artıq siz baş redaktor idiniz. Ancaq dəyişiklik yalnız vəzifədə deyildi. Gənclikdən əsər-əlamət qalmamışdı. Onun yerində isə həyatın hər cür əzabları ilə üzləşən təcrübəli, püxtələşmiş bir insan vardı–Tofiq Yusif. Çox çətinliklə də olsa, dilimi “Tofiq müəllim” müraciətinə alışdırdım. Keçmişdə qalan radio müxbir və “Yeni Tərtər”in ilk redaktoru arasındakı həyat yolunuzda nələr baş vermişdi?
    –Bu illər ərzində uğurlarım da oldu, çətin günlərim də. İki ali təhsil aldım, ailə həyatı qurdum. Yaradıcılığımda ən böyük sevincim olan ilk şeirlər və ən böyük dərdim olan “Tərtər şəhidləri” kitabları nəşr olundu.
    Radio verilişlərinin təşkilatçısı müxbirliyindən sonra təhsil, partiya, sovet orqanları, hərbi sənaye və xalq nəzarəti sistemində işləmişəm. Bir müddət mətbuatda da çalışmışam. Əksər publisist yazılarımı və şeirlərimi Bakıda çıxan “Salam” və “Fədai” qəzetlərində işlədiyim illərdə yazmışaım.
    Qarabağ müharibəsinin başlanması, həyatın mənə vurduğu ağır zərbələr bəzən ümidlərimi alt-üst edib, amma qüvvəmi toplayıb ömrümü davam etdirmişəm.
    –Tofiq müəllim, Tərtər rayon qəzetinin yaşı 83 olsa da, “Yeni Tərtər” gəncdir və onun ilk addımları sizin adınızla bağlıdır. Yəni biz bir kollektiv kimi 2005-ci ildə yenidən bir yerə yığılanda artıq qəzetin rəhbəri kimi Sizi gördük. Qəzet çıxmadığı 7 il ərzində çox şey dəyişmişdi. Maddı-texniki bazamız, hətta binamız, mətbəəmiz belə yox idi. Hər bir işi lap əvvəldən başlamaq lazım gəlirdi. Yadımdadır ki, ilk nömrəmiz üçün siz, Qədir Allahverdiyev, mən, Svetlana Əzizova–hərəmiz bir material hazırladıq, çoxlu təbriklər toplandı və bütün bunları sovetdən qalmış makinada yazdırıb (onda hələ kompüterimiz də yox idi), makinaçı Türkan Ağayeva ilə birlikdə Mingəçevir Poliqrafiya Mərkəzinə yollandıq. İlk nömrələrin hazırlanmasında Yevlağın “Kür” qəzetinin kollektivi, ələlxüsus baş redaktor Əminə Yusif qızı bizə yaxından dəstək oldular.
    –2005-ci ildə mən Tərtər Bələdiyyəsində işləyirdim. Rayona yeni təyin olunmuş icra başçısı Vidadi İsayevdən yerli qəzetə rəhbərlik etmək təklifini alanda, təəccüblənmədim. Çünki bu insan məni gənclik illərindən tanıyırdı. Düşündüm ki, etimadı doğrultmaq lazımdır. Əlbəttə ki, çətinliklər az deyildi. Bəzən qəzetin siqnal nüsxəsini Min-gəçevirdə hazırladandan sonra hansısa bir düzəlişdən ötrü Tərtərə gəlib yenidən Mingəçevirə qayıdırdıq. Lakin tədricən işlərimiz qaydaya düşdü. Azərbaycan Mətbuat Şurasının, rayon rəhbərliyinin yaxından köməkliyi və öz zəhmətimiz sayəsində redaksiyanın zəngin də olmasa, lazımi maddi-texniki bazası yarandı. Hazırda fəaliyyət göstərdiyimiz bina redaksiyanın mülkiyyəti olmasa da, burada lazımi şərait yaratdıq. İndi səhifələrimizi kompüter vasitəsilə Bakıya göndərib yüksək səviyyədə çap olunmuş qəzet nüsxələrini alırıq.
    –Öyünmək olmasın, amma indi “Yeni Tərtər” qəzeti respublikada çıxan bölgə mətbuatı sırasında qabaqcıl yerlərdən birini tutur.
    –Yaxşı işlə öyünməyin nəyi pisdir ki? Həqiqətən biz çox çətinliklə başlayıb, Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin və Tərtər rayon qəzetinin özünün ənənələrini davam etdirməyə müvəffəq olmuşuq. İndi əməkdaşlarımızın imzaları təkcə rayon miqyasında deyil, respublikada, hətta bir çox ölkələrdə tanınır. Bunun əsəs səbəblərindən biri də “Yeni Tərtər”in elektron saytının fəaliyyət göstərməsidir. Artıq 20-dən çox ölkədə elektron qəzetimizin minlərlə izləyicisi var.
    –Tofiq müəllim, söhbət ki, tanınmaqdan düşdü, sizin müəllifi olduğunuz kitabları yada salmaq istəyirəm. Bilirəm ki, siz oxucular tərəfindən sevilə-sevilə oxunan 8 kitabın müəllifisiniz. Bu barədə nə deyə bilərsiniz?
    –Gənclik illərimdə məhəbbətə, təbiətə aid şeirlər yazırdımsa, indi mənim kitablarım əsasən Dağlıq Qarabağla bağlı müharibədən, qan-qadadan bəhs edir. Çünki bu, xalqımızın ümumi bəlasıdır. Çox istərdim ki, bu kitablar gənclərimizin vətənpərvərlik tərbiyəsinə öz təsirini göstərsin, həm də gələcək nəsillərə Tərtərin tarixini, onun qəhrəmanlıq yolunu xatırlatsın.
    Hər bir mükafat insan ömrünün, onun zəhmətinin bəhrəsi hesab olunur. Bu cəhətdən sizin də ömrünüz mənalıdır. Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüsünüz, “Vətən naminə” medalı ilə təltif olunmusunuz. “Qızıl qələm” və “Məmməd Araz” media mü-kafatları laureatısınız. Azərbaycan Yazıçılar və Jurnalıstlər Birliklərinin üzvüsünüz. KİVDF tərəfindən kifayət qədər diplom və pul mükafatı almısınız. Bilmək istərdim ki, bir yaradıçı insan kimi həyatınızdan razısınızmı? Ömrün ötən illərinə nəzər salanda, nəyisə dəyişmək istərdinizmi?
    –Belə hesab edirəm ki, mən yaradıcılığımda hələ tam sözümü deməmişəm. Ötənlərə nəzər salanda hiss edirəm ki, çox şeyi deməmişəm. “Yeni Tərtər” isə məndən ötrü doğmadır, əzizdir. Hesab edirəm ki, gələcək nəsillər bu qəzetə müraciət edəndə bizi də xatırlayacaqlar.
    –Tofiq müəllim, sizə ilk növbədə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

    Müsahibəni apardı:
    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:47

    Teqlər:

İsmarıclar bağlıdır.