Can Vətəndən oldu baha,
Dözüm dedik bu günaha.
İntizardan doyub daha
Ruhum dağlara çəkilib.
Kef düşkünü diksin, üşən
Bağrımdı köz üstə bişən.
Təntənədən perik düşən.
Ahım dağlara çəkilib.
Talemi bu, qəzamı bu,
Bizə Haqdan cəzamı bu,
Qiyamətdən “vizamı” bu,
Nuhum dağlara çəkilib?
Yurd yad əllərə keçəli,
Şəhərli, kəndli, küçəli
Dağlar yuxuma köçəli
Yuxum dağlara çəkilib.
Talıb Məmmədli