Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    QARABAĞA BÖYÜK QAYIDIŞ BU İL CƏBRAYILIN COCUQ MƏRCANLI KƏNDİNDƏN BAŞLADI

    49054783b7459bba1fc47d4266f917a97e63bb99Avqustun 23-ündə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı iki rayonunun–Cəbrayıl və Füzulinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam olur. İşğalın 24-cü ili Azərbaycan tarixinə həm də Böyük Qayıdışın başlanğıcı kimi düşdü. Məhz bu il–2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində böyük tikinti işlərinə başlanıldı və müasir tipli qəsəbə tikildi. Uzun illər doğma yerlərinə həsrət qalan ailələr bir-birinin ardınca kəndə qayıtmağa başladılar. Bu qayıdış hər kəsin qəlbində ümid çırağını daha da alovlandırdı. Çünki bu işğala, erməni özbaşınalığına artıq son qoyulmalıdır.
    * * *
    İşğaldan 24 il ötsə də, bu gün də Füzulidə atəş səsləri eşidilir və günahsız dinc sakinlər qətlə yetirilir. Necə ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən rayonun Alxanlı kəndində Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi Quliyeva Zəhra Elnur qızı qanlarına qəltan edildi. Bu hadisə bütün dünyanın diqqətini Füzuliyə-Alxanlı kəndinə cəlb etdi.
    Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Bu rəqəm getdikcə artmaqdadır.
    Azərbaycan vətəndaşları dünya ictimaiyyətinə müraciət edərək erməni vandalizminə son qoyulmasını tələb edirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:54

    Teqlər:

İsmarıclar bağlıdır.