Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    Günəş qalxdı asimana,                                                        
    Ordan boylandı Orxana.
    Orxan yatağından qalxdı,
    Pəncərədən çölə baxdı.
    Aləm nura boyanmışdı,
    Nənə təzdən oyanmışdı.
    İndi küpdən dən səpirdi,
    Toyuq-cücə dənlənirdi.
    Orxan geydi köynəyini,
    Daradı ipək telini.
    Çıxdı çölə əldə sini,
    Salamladı nənəsini.
    Gülə-gülə şən səsiylə,
    Təbəssümlü çöhrəsiylə
    Çevrildi nənəyə sarı:
    –Dürmək elə, ver mən yeyim,

    Nənəmə: “Cox sağ ol!”–deyim.
    İşim lap çoxdu, ay nənə,
    Hansını söyləyim sənə.?
    Tez götürüm orağımı,
    Örüşdən al sorağımı.
    Çöldə ot-ələfi biçim,
    Sərin bulaqlardan içim.
    Quzuları otarım mən,
    Çəpişləri qaytarım mən.
    Çox sevirəm evimizi,
    Dağ-dərəli kəndimizi…

    Çalışır var həvəsiylə,
    Deyir: “Balan mənəm, nənə”.
    Bu işgüzar nəvəsiylə
    Qürür duydu Sənəm nənə,

    Həqiqət Qarabağlı
    Bakı 2017

     

    Müəllif: Redaktor, 10:47

    Teqlər:

İsmarıclar bağlıdır.