Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    YAY MÖVSÜMÜNÜN GÖZ XƏSTƏLİKLƏRİ

    1477199708_481887İnsan orqanizmində orqan və toxumaların xəstəlikləri arasında, göz xəstəlikləri və xəsarəti də çoxluq təşkil edir. Bütün xəstəliklər kimi göz xəstəliklərində də mövsümi fəallıq müşahidə edilir.
    Yaz, yay fəsillərində aşağıda adları çəkilən xəstəliklər–göz allergiyası, konyunktvit (göz iltihabı), gözlərin qızarması (bletarit,) göz quruluğu, gənə xəstəliyi (demodekoz) daha çox təsadüf edilir.
    Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Yayın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq göstərir. Bu xəstəlik gözün ağ hissəsinin və qapağının qızarması ilə meydana çıxır. Qızarma, sulanma, yanma hissiyatı, göz qapağının şişməsi, işığa həssaslıq xəstəliyin əsas əlamətləridir. Məişət tozları, gül-çiçəklərdə gedən tozlanma prosesi, ev heyvanları ilə kontaktda olmaq göz allerigiyasının yaranmasına səbəb ola bilər.
    Konyunktvit–gözün selikli qişasının (konyunktivasının) iltihabıdır. İnfeksiya, allergik reaksiya və ya gözün kimyəvi maddələrlə qıcıqlanması nəticəsində, xəsarətdən sonra və sair hallarda meydana çıxa bilər.
    Konyunktivanın əsas fizioloji funksiyası gözü yad cisimdən qorumaqdır. Bunun üçün sekret ifraz edir. Sekret qoruyucu elementlərlə zəngindir. Bu qişada çoxlu sayda əlavə göz yaşı vəzləri var ki, bu vəzlərin sekreti gözü daim nəm saxlayır.
    Konyunktvitin yuxarıda göstərdiyimiz səbəbləri var. Lakin onları sadəcə həkim müayinə zamanı və əlavə araşdırmalardan sonra müəyyən edə bilər.
    Göz iltihabı viruslu, bakterial, allerigik mənşəli olsa belə, hər bir halda gözdən bol yaş axır, göz qızarır, qaşınır. Belə vəziyyətdə orqan zədələnir, prosesə infeksiya qoşulur. Göz qapaqlarının yapışması ilə irinli ifrazat olur. Hansı ki, səhərlər göz qapaqları açılmır. Adətən bir göz, daha sonra isə hər iki göz infeksiyalaşır. Iltihabın görmənin itirilməsi ehtimalı ilə fəsadlara gətirən ağırlaşmalarından biri də keratitdir.
    Məhz buna görə vaxtında müalicə etmək vacibdir.
    Göz xəstəlikləri arasında ən cox yayılan xəstəliklərdən biri də göz quruluğu xəstəliyidir. Bu xəstəlikdə gözdə batma və yanma hissiyatı, qaşıntı, sapabənzər yapışqan ifrazatı, həddindən artıq sulanma müşahidə edilir. İnsan yaşlananda göz yaşı istehsalı azalır. Lakin hər yaşda meydana gələ bilən quru göz yaşlarına qadınlarda daha çox təsadüf edilir.
    Əhali arasında ən çox yayılan xəstəliklərdən biri də gənə xəstəliyidir–Demodekoz. Belə ki, yaz-yay fəsillərində gənələr daha çox fəallaşır, çoxlu yumurtalar qoyur. Xüsusən də qaşda, kiprikdə və dəridə parazitlik edir. Çətin də olsa müalicəsi mümkündür.
    Sənayedə, məişətdə istifadə edilən kəsici, deşici alətlərin fəsatdları nəticəsində gözdə xəsarət olanda vaxtında müalicə edildikdə, gözün itirilməsi təhlükəsi aradan qalxır.

    Lalə Rəhimli,
    Tərtər MRX-nın oftalmoloqu

    Müəllif: Redaktor, 11:00

    Teqlər:

İsmarıclar bağlıdır.