10May
GƏNCLİYİN MÜKAFATI
İnsan ömrü mərhələlərdən ibarətdir. Körpəlik, uşaqlıq, gənclik, ahıllıq, qocalıq. Bu mərhələlərin oxşar əlamətləri var. Məsələn, körpəliklə qocalıqda qayğıya daha çox ehtiyac duyulur, gəncliklə ahıllıqda güc, qüvvət, ağıl, enerji yada düşür. Bu mərhələdə həyatda hər şeyə nail olmaq istəyirsən. Elə qazanılan bütün uğurlar məhz gənclik və ahıllıq illərinə təsadüf edir. Ən önəmlisi təhsil almaq, elm öyrənmək, həyatın fəlsəfəsini başa düşməkdir.
Sarızadə Günel Nofəl qızı ömrünün gənclik dövrünü yaşayır. O, Hüləbətli kəndində dünyaya göz açıb. Elə həmin kənddə orta təhsilini alıb. Hazırda Bakı şəhərindəki Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat fakültəsinin 4-cü kurs tələbəsidir. Dövlət imtahanları qarşısında o, ana nənəsigilə qonaq gəlib. Onunla görüşümüzdə tələbəlik illərindən–yoldaşlarından, müəllimlərindən, geniş auditoriyalardan böyük maraqla danışdı və dedi: Daha ətraflı »
Teqlər: Təhsil
10May
Şəhər 2 saylı məktəb-liseyin məzunu olan Firuzə Fuad qızı Azərbaycan Dillər Universitetinin tələbəsidir. Pedaqoji fakültədə oxuyur, ingilis və alman dillərini öyrənir. Sonuncu kursdadır, universitetlə vidalaşmasına cəmi bir neçə ay qalıb.
Firuzə redaksiyamızın qonağı oldu, tələbəlik həyatı və gələcək arzuları haqqında danışdı. O dedi:
– Universitet illəri insan ömrünün ən qiymətli bir dövrüdür. Bu zaman hətta dəqiqələr də qızıla bərabər olur. Çünki gələcək həyat yolun hansı biliklərə necə yiyələnəcəyindən, həm də bir insan kimi püxtələşməyindən asılıdır.
Orta məktəb illəri də həyatımda çox önəmli olub. Müəllimlərimi hər zaman minnətdarlıq hissi ilə xatırlayıram. Yüksək balla universitetə daxil olmağımda onların böyük zəhməti var.
Bilirəm ki, ölkəmizdə gənclərə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir, onlar həvəsləndirilir. Qarşıda bizi dövlət imtahanları gözləyir. Bunları da uğurla başa vurub, indiyədək çəkilən zəhməti iş sahəsində doğrultmalıyıq.
“Yeni Tərtər”
Teqlər: Təhsil
10May
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də şəkildə gördüyünüz Abbasov Maarif İbrahim oğludur. O, 1967-ci il yanvarın 5-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurandan sonra hərbi xidmətdə olub. Bir müddət Tərtər Rayon Texniki Təchizat İdarəsində işləyib. 1993-cü ilin noyabr ayında Azərbaycanın ordu sıralarına yazılaraq ərazidəki hərbi hissədə doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində gedən döyüşlərdə, 1994-cü ildə Güllücə kəndində şəhid oldu.
Bunları mənə Maarifin qardaşı Mobil danışdı. Qeyd etdi ki, qardaşı Maarif 1992-ci ildə ailə qurmuşdu. Arif adlı bir oğlu var.
Mobil deyir ki, mən də Maariflə birgə ermənilərə qarşı döyüşmüşəm. 1993-cü ildən 1995-ci ilin sonuna kimi hərbidə olmuşam. Daha ətraflı »
Teqlər: Digər
03May
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.
Hesab edirik ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diqtə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub.
Daha ətraflı »
Teqlər: Digər
27Apr
XALQIMIZIN MİLLİ İFTİXARI
Azərbaycan Respublikasının Ümummilli Lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin 94 yaşı tamam olur.
Heydər Əlirza oğlu Əliyev 1923-cu il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb, lakin başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Dövlət təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dovlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sank-Peter-burq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Daha ətraflı »
Teqlər: Digər
27Apr
Biz inkişaf, müasirləşmə yolu ilə getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
27Apr
ABADLIQ İŞLƏRİ GÖRÜLÜR, AQRAR SEKTOR İNKİŞAF EDİR

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Cari ilin məhsulu üçün 9871 hektarda dənli bitkilər, 1539 hektar sahədə şəkər çuğunduru, 267 hektarda günəbaxan, 459 hektarda kartof, 413 hektarda tərəvəz, 27 hektarda qarğıdalı əkilib. Bu il 3068 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyan tərtərli fermerlər hazırda çiyid səpinini davam etdirirlər.
Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində və aprelin 17-də Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlar və “Made in Azerbaijan” brendinin dün-yada tanıtdırmaq üçün praktiki addımlar atılması ilə bağlı fikirləri tərtərli sahibkarlarda böyük ruh yüksəkliyi yaratmış, onlar məhsullarını bu brendin tələblərinə uyğun istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
27Apr
2017-ci ilin birinci rübü ərzində Tərtər rayonunda 828-i daimi olmaqla 995 yeni iş yerləri açılıb. Daimi iş yerlərinin 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 105-i mövcud müəssisə və təşkilatlarda, 264-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 449-u isə fiziki şəxslərdə açılıb. Bundan başqa 167 mövsümi iş yerləri açılıb.
Son üç ildə Tərtər rayonunda 6903 yeni iş yerləri açılıb ki, ondan 3672-si daimi iş yerləridir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
27Apr
2017-ci ilin aprel ayının 8-dən Tərtər rayonunda çiyid səpininə başlanılıb. Emal müəssisələri ilə istehsalçılar arasında 3068 hektar sahədə çiyid əkilməsi ilə bağlı müqavilələr bağlanıb. 3068 hektarda şum aparılıb, arat edilib, mala çəkilib. 24 aprel 2017-ci il tarixə 2721,5 hektar sahədə çiyid səpilib. Səpin uğurla davam etdirilir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Kənd təsərrüfatı
27Apr
“ERMƏNİLƏRİN DAĞITDIĞI EVİMİZİ İLHAM ƏLİYEV
ƏVVƏLKİNDƏN DƏ YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN TİKDİRDİ”
Tərtərlilər ölkə rəhbərinin və Birinci vitse-prezidentin qayğısından razıdırlar

Ötən ilin aprelində qüdrətli ordumuz şanlı tarix yazdı. O zaman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına layiqli cavab verən Azərbaycan əsgəri əks-həmlə ilə düşmənin başında ildırım kimi çaxdı. Ordumuzun uğurlu döyüş əməliyyatları düşmənin xeyli canlı qüvvə, döyüş texnikası itirməsi ilə nəticələndi. Cəmi bir neçə gün davam edən döyüşlərdə qəhrəman əsgərlərimiz xeyli ərazini, strateji yüksəklikləri işğaldan azad etdilər. Cocuq Mərcanlıdan başlayan, xalqda və orduda böyük ruh yüksəkliyi yaradan, qələbəyə inamı sarsılmaz edən doğma yurd yerlərinə böyük qayıdış məhz uğurlu aprel döyüşlərinin məntiqi davamıdır. Daha ətraflı »
Teqlər: Sosial
Yeni ismarıclar