Heydər Əliyev Mərkəzində “Unudulmaz tarix – 31 mart soyqırım günü” adlı “dəyirmi masa” keçirilib. Tədbirdə şəhər 1, 5 saylı tam orta və 3 saylı orta məktəbin müəllim və şağirdləri və mədəniyyət işçiləri iştirak ediblər.
Soyqırım şəhidlərinin xatirəsi anıldıqdan sonra Mərkəzin direktoru Səlimə Yusibova tariximizin bu unudulmaz səhifələri barədə məlumat verib. Tarix müəllimləri Rizvan Sultanov və Kifayət Kərimova öz çıxışlarında şagirdlərə bu dəhşətləri heç zaman unutmamağı tövsiyə ediblər.
Sonra 3 saylı məktəbin şagirdlərinin ifasında faciəyə həsr olunmuş şeirlər dinlənilib. Tədbir iştirakçıları həmçinin soyqırımı əks etdirən videoçarxa tamaşa ediblər.
“Yeni Tərtər”