Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Apr

    GÖRÜŞLƏR KEÇİRİLİB

    11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan ATƏT-in uzunmüddətli müşahidə missiyasının üzvləri – Türkiyə vətəndaşı Ebubekir Akbina və Almaniya vətəndaşı Brigitta Hoya Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
    Rayon rəhbəri qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
    Rayon rəhbəri ATƏT-in nümayəndələri ilə görüşdə təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal altında saxlanılmasına, əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsinə, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, hələ də qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə laqeyd yanaşırlar.
    Görüşdə nümayəndələr missiyaları haqqında məlumat verib, rayon rəhbərinə onları maraqlandıran suallar ünvanla-yıblar. Müstəqim Məmmədov tərəfindən qonaqları maraqlandıran suallara ətraflı cavab verilib və onlar görüşdən məmnun qalıqlarını ifadə ediblər.
    ***
    Müşahidə missiyasının nümayəndələri həmçinin 95 saylı Tərtər Dairə Seçki Komissiyasında və “Yeni Tərtər” qəzetinin redaksiyasında olmuş, komissiyanın sədri Həmid Mehdiyevlə və “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusiflə görüşmüşlər. Qonaqları maraqlandıran suallar və məsələlərlə bağlı onlara ətraflı məlumatlar verilmişdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:05

    Teqlər:

İsmarıclar bağlıdır.