
Elbrus Sadıqov Mahmud Mehdiyev Məlumdur ki, rayonumuz düşənlə 48 kilometrlik təmas xəttində yerləşir. İllərdir insanlarımız mənfur düşmənin hiyləsindən əziyyət çəkir. Böyüklərimiz əkin-biçin aparanda, uşaqlarımız çöl-bayırda oynayarkən dördgöz olurlar. Sanki hansısa bir tərəfdən güllə atılacağını, ya da qəfləti mərmi qəlpəsinin qurbanına çevriləcəklərini düşünürlər. 1988-ci ildən yönü bəri mərd oğullarımız torpaqlarımızın toxunulmazlığı uğrunda ölüm-dirim savaşına qalxaraq bir qarışını belə erməniyə verməyiblər. Şəhid veriblər, sağalmaz yaralar alıblar, amma candan əziz sevdikləri Tərtər torpağını qoruyublar. Bu gün yüzlərlə qazilərimiz var ki, bədənlərində savaşlar zamanı aldıqları yaraların izlərini daşıyırlar. Keçdikləri döyüş yollarının xatirələrini unuda bilmirlər. Hər an torpaqlarımızın azad olunması üçün hazır olduqlarından ürəklə söz açırlar. Onlar Qarabağ Müharibəsi əlili və ya veteranıdırlar. Elbrus Sadıqov və Mahmud Mehdiyev də Qarabağ Müharibəsi veteranlarıdır. Ürəkləri ağrılı-acılı xatirələrlə doludur. Daha ətraflı »
-
09FevDigər MÜHARİBƏ VETERANLARININ XATİRƏLƏRİ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
09FevDigər Gənclər Günü münasibəti ilə üçün şərhlər bağlıdır
KOLLEKTİVİMİZİN ƏN KİÇİYİ
İki il əvvəl redaksiyamızda kompüterçi işləmək üçün 3 nəfər müraciət etmişdi. Adəti üzrə hər üçünə sınaq müddəti verildi ki, qəzet proqramını öyrənsinlər. Təcrübəli kompüterçilər öz peşələrini həvəslə onlara öyrətməyə başladılar. Müraciət edənlərdən bir nəfəri–Aysel hər bir incəlikləri tez mənimsəməyə çalışdı. O, orta məktəb partası arxasından yenicə ayrılmışdı. Şəhər 5 saylı tam orta məktəbini bitirmişdi. Bu gün dövrümüz kompüter əsri olduğu üçün Aysel seçimində yanılmamışdı. Çox az bir zamanda lazım olan proqramları mənimsəyərək, kompüterçi işinə qəbul edildi. Onunla birlikdə gələnlərdən fərqləndi, tez bir zamanda qəzet səhifələrini lazım olan səviyyədə qurmağı bacardı.
Ayselin kollektivimizə daxil olduğu iki il ərzində, o, öz işi, səmimiyyəti ilə hamının sevimlisi olub. Redaksiyadakı digər işlərin görülməsində də yaxından köməklik göstərir. Daha ətraflı »Teqlər: Digər
-
09FevƏdəbiyyat POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır
NƏ İŞİM VARDI
Atam istəmişdi. Anam gətirdi,
Mənim bu dünyada nə işim vardı?
Ömrüm varaqlarda sətir-sətirdi,
Mənim bu dünyada nə işim vardı?Kimisə tamladı – yarı göndərdi,
Bir ballı çiçəyə arı göndərdi.
Gəlməyim yox idi, Tanrı göndərdi,
Mənim bu dünyada nə işim vardı?Tapdı qılığımın çəmin kimisi,
Heyranım kimisi, qənim kimisi.
Burda arta bilməz mənim kimisi,
Mənim bu dünyada nə işim vardı?Varmı bir bəxtəvər özünnən əmin?
Qoy durum başına dolanım həmin.
Yavanlıq olmadı dişimə mənim,
Mənim bu dünyada nə işim vardı? Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
09FevDigər TƏBRİK üçün şərhlər bağlıdır
Şəlalə Əli qızı Əhmədova oğlu Zöhrabı, nəvələri İlkini, Turanı və Nuranı ad günləri münasibəti ilə təbrik edir, onlara cansağlığı, uzun ömür, bəxtəvərlik və səadət arzulayır.Teqlər: Digər
-
07FevTərtər RİH-də 2017 TƏRTƏRDƏ BÖYÜK UĞURLAR QAZANILIB 2018 üçün şərhlər bağlıdır
…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar. İlham Əliyev,
Azərbaycan Respublikasının
PrezidentiTərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti2017-Cİ İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyindən, tarixə çevrilmiş 2017-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qalmış, tariximizə sürətli və uğurlu inkişaf ili kimi düşmüşdür.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, respublikamız son bir il ərzində rəqabətədavamlılıq qabiliyyətinə görə dünya sıralanmasında daha iki pillə irəliləyərək, 138 ölkə arasında 35-ci yerdə qərarlaşmış, MDB ölkələri arasında liderlik mövqeyini qoruyub saxlamışdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
07FevTərtər RİH-də AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN TƏRTƏRƏ SƏFƏRİ (28 noyabr 2017-ci il) üçün şərhlər bağlıdır
MƏN TƏRTƏR RAYONUNA MÜNTƏZƏM OLARAQ GƏLİRƏM. KEÇƏN İL İKİ DƏFƏ GƏLMİŞDİM. KEÇƏN İL İÇMƏLİ SU LAYİHƏSİNİN AÇILIŞINI BİRLİKDƏ QEYD ETMİŞİK. ŞADAM Kİ, BU LAYİHƏ İNDİ TƏRTƏR SAKİNLƏRİNƏ GÖZƏL XİDMƏT EDİR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də üçün şərhlər bağlıdır
TƏRTƏR ŞƏHƏRİ ABADLAŞIB, GÖZƏLLƏŞİB. BU GÜN TƏRTƏR MÜASİR, ABAD ŞƏHƏRDİR, RAYON İNKİŞAF EDİR, VƏTƏNDAŞLAR DAHA DA YAXŞI YAŞAYIRLAR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatdırılmışdır. Bundan başqa Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Şıxarx kəndi ərazisində “Marağa-150” tarixi abidə – kompleksinin ətrafında abadlıq işləri başa çatdırılmışdır.
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə rayonda 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün öz həyətlərində fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Hazırda bu kateqoriyadan olan vətəndaşlar üçün 5 yaşayış evinin tikintisi davam etdirilir. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də üçün şərhlər bağlıdır
TƏRTƏR ŞƏHƏRİNİN SAKİNLƏRİNƏ TƏMİZ İÇMƏLİ SU VERİLƏCƏK VƏ EYNİ ZAMANDA, KANALİZASİYA XƏTLƏRİ DƏ TAM İSTİSMARA HAZIRDIR . GƏLƏCƏK MƏRHƏLƏDƏ ƏTRAF KƏNDLƏRƏ DƏ İÇMƏLİ SU VERİLƏCƏK.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Sevindirici haldır ki, rayon üzrə 2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur. Bu da əhalinin rifah halının yüksəlməsinə təkan vermişdir.
2017-ci ildə 31,1 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla, 1257,8 hektar, o cümlədən, bar verən yaşda 1078,7 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 9193,4 ton meyvə və gilə-meyvə toplanmışdır. Rayonda 10,3 hektar sahədə xurma, 5,4 hektar sahədə fındıq, 3,4 hektar sahədə qoz bağları salınmışdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də ÜMUMRAYON TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
BU GÜN TƏRTƏR MÜASİR, ABAD ŞƏHƏRDİR. RAYON İNKİŞAF EDİR, VƏTƏNDAŞLAR DAHA DA YAXŞI YAŞAYIRLAR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Hesabat dövründə mövcud istilik-qazanxana sistemlərində təmir-bərpa işləri aparılmışdır.
Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri
Hesabat ilində rayonun ümumtəhsil müəssisələrində təlim-tərbiyə işlərinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də TƏRTƏRİN QONAQLARI üçün şərhlər bağlıdır
TƏRTƏR SAKİNLƏRİ QƏHRƏMANDIRLAR . ONLAR BURADA -DÖYÜŞ BÖLGƏSİNDƏ, DÜŞMƏNLƏ ÜZ-ÜZƏ MÖHKƏM DAYANIBLAR
VƏ ATILAN, EVLƏRİNƏ DƏYƏN MƏRMİLƏR ONLARIN İRADƏSİNƏ ZƏRRƏ QƏDƏR TƏSİR ETMƏMİŞDİR.İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonumuzda yüksək səviyyədə əməl olunmuşdur. 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin 57 min 845 nəfəri tibbi müayinədən keçirilmiş, onlardan 3658 nəfəri ambulator, 47 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Dövr ərzində nikaha daxil olan 266 cütlük qan müayinəsindən keçirilmiş, 6 nəfər isə tək yoxlanılmışdır. Bunların 16 nəfərində talassemiya daşıyıcılığı, 6 nəfər patoloji hemoqolibin C, 1 nəfərində sifilis aşkar olunmuşdur. Daha ətraflı »Teqlər: Tərtər RİH-də


Yeni ismarıclar