Tikinti
2017-ci ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 158,1 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 7,1 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 57 milyon 545,5 min manatı və ya 87 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir..
2017-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 83,87 faizi tikinti işlərinin, 7,9 faizi sənayenin, 7,8 faizi nəqliyyatın, 0,03 faizi rabitənin, 0,4 faizi isə kənd təsərrüfatının inkişafına sərf edilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyanın 65 miyon 630,1 min manatı və ya 99,2 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 528 min manatı və ya 0,8 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir.
2017-ci ilin yanvar-iyun aylarında rayonda 3 milyon 988,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, onun da 3 milyon 460,1 min manatı dövlət, 528 min manatı qeyri dövlət mülkiyyətinə məxsusdur.
Rayonda vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 4500 kv. metr, dəyəri 528 min manat olan 74 yeni yaşayış və qeyri yaşayış evləri tikilmişdir. Ondan fərdi yaşayış evlərinin sayı 59, dəyəri 475 min manatdır.
2017-ci ilin yanvar-iyun aylarında rayonda tikinti müəssisələrinin yerinə yetirdikləri ümumi işlərin həcmi 2 milyon 370,6 min manat təşkil etmişdir ki, bunun da 2 milyon 300,1 min manatı tikinti müəssisələrinin yerinə yetirdikləri tikinti işləridir.Həmin tikinti işlərinin 1 milyon 981,4 min manatı dövlət, 318,7 min manatı isə qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilmişdir.
Görülmüş tikinti işlərinin 1 milyon 490,6 min manatını (64,8 %-ni ) əsaslı təmir, 739 min manatını (32,1%-ni) cari təmir, 70,5 min manatını isə ( 3,1 %-ni) sair işlər təşkil edir.
Nəqliyyat
2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 1 milyon 252,1 min manat olmuşdur. 2017-ci ilin ilk 6 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidmətinin həcmi 120,5 min manat və ya 10,6 faiz artmışdır.
Nəqliyyat sektorunda göstərilmiş xidmətlərin 1 milyon 45,9 min manatı və ya 83,5 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələri tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 125,1 min manat, nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi isə 1 milyon 45,9 min manat olmuşdur. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müəssisələr tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 14,3 min manat və ya 12,9 faiz, nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 26,4 min manat və ya 2,6 faiz artmışdır.
2017-ci ilin birinci yarım ilində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 266 min ton yük, 4 milyon 550 min nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi 45 milyon 890,5 min ton-km, sərnişin dövriyyəsi 18 milyon 235,2 min sərnişin-km olmuşdur.
Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.
İstehlak bazarı
2017-cı ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə rayonun istehlak bazarında satılmış məhsulların və xidmətlərin dəyəri 98 milyon 780,1 min manat olmuşdur.
Rayonun istehlak bazarında satılmış məhsullarin və göstərilmiş xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrünə nisbətən dövlət mülkiyyəti üzrə 5 faiz cox olmuşdur.
2017-cı ilin yanvar-iyun aylarında istehlak bazarında satılmış məhsulların və xidmətlərin 95,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.
Məhsul bazarı
2017-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi-nin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 83 milyon 211,7 min manat olmuşdur. Hesabat dövründə istehlak məhsullarının 0,8 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən, 67,4 faizi fərdi sahibkarlar tərəfindən, 31,8 faizi bazar və yarmarkalar tərəfindən satılmışdir.
Pərakəndə ticarət şəbəkəsindən istehlakçılara satılmış ərzaq məhsullarının həcmi 1,2 faiz artaraq 50 milyon 527,8 min manata, qeyri ərzaq mallarının həcmi 0,2 faiz azalaraq 32 milyon 683,9 min manata bərabər olmuşdur. 2017-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil edərək 60,7 faiz olmuşdur.
2017 -ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 147,2 ma- natlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 manat çox əmtəə almışdır.
İctimai iaşə xidmətləri
2017-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 1 milyon 182,6 min manat olmuşdur.
2017-ci ilin 6 ayı ərzində iaşə dövriyyəsinin həcmi fiziki şəxslərin fəaliyyəti hesabına yaranmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlər
2017-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 14 milyon 385,8 min manat təşkil etmişdir.
2017-cı ilin yanvariyun ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyətində 10,1 faiz cox, qeyri dövlət mülkiyyətində isə 2,5 faiz az ödənişli xidmətlər göstərilmişdir.
TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ