1813-1828-ci illərə qədər Azərbaycanın sahəsi: təxminən 410 min kv.km.
1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv. km.
Rusiya əsarəti altındakı Şimali Azərbaycan – sahəsi təxminən 130 min kv.km.
1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan Xanlığı – sahəsi 9 min kv.km.
Rusiya əsarəti altındakı Dərbənd xanlığı – sahəsi 7 min kv.km.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi – təxminən 114 min kv.km.
1920-ci ildə ADR-i işğal edən rus – Sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri:
Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Dərələyəz, Dilican və gür cülərin qismən nəzarətinə verilən (Gürcüstan Sovet Sosialist Respublikası) Borçalı – birlikdə sahəsi: təxminən 27,4 min kv, km.
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Respublikasının ərazisi – 86,6 min kv.km.
AZƏRBAYCANIN 1988-1994-cü İLLƏRDƏ İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİ:
Keçmiş Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut): İşğal tarixi – 1988- 1994-cü illər. Sahəsi: 4400 kv. km.
Laçın (18 may 1992-ci il)-1835 kv. km.
Kəlbəcər (3-4 aprel 1993- cü il) – 1936 kv. km.
Ağdam (23 iyul 1993-cü il)- 1094 kv. km.
Cəbrayıl (23 avqust 1993-cü il) – 1050 kv. km.
Füzuli ( 23 avqust 1993- cü il) – 1386 kv. km.
Qubadyılı (31 avqust 1993-cü il) – 802 kv. km.
Zəngilan (29 oktyabr 1993-cü il) – 725,5 kv. km.
Beləliklə, Azərbaycanın deyildiyi kimi, 20 faiz yox, təxminən 80 faiz ərazisi işğal altındadır.
-
10Avq
Müəllif: Redaktor, 10:39
Teqlər: Digər