Ötən il bizim Qapanlı kəndi ərazisində “Toxmaq yeri” adlanan sahədə yeni subartezian quyusu vuruldu. Bundan sonra suvarma zamanı yaranan çətinliklər aradan qalxdı. Hazırda həmin sahədə həmkəndlim Ərşad Ərşadlı ilə birlikdə 5 hektar pambıq, 3 hektar şəkər çuğunduru, 2 hektar sorqo (süpürgə) əkmişik.
Indiyədək sahələrdə 3 becərmə, 3 suvarma aparmışıq. Pambıq və çuğundur sahələrində ziyanvericilərə qarşı dərmanlama tədbirləri görmüşük. Bitkilərə yemləmə gübrəsi vermişik.
Işlərimiz yaxşıdır. İnanırıq ki, çəkdiyimiz zəhmət bəhrəsini verəcək
Surxay Zeynalov,
Qapanlı kəndində torpaq mülkiyətçisi