31Avq
Anar Şirinov qonşu Ağdamın İlxıcılar kəndindəndir. Rayon mənfur ermənilər tərəfindən işğal olunanda məcburi köçkün düşüb. Hüsənli kəndi ərazisində icarəyə torpaq götürərək əkin-biçinlə məş-ğul olur. Bu il 6 hektar sahədə taxıl əkmişdi. Əkin, becərmə, suvarma işlərini aqrotexniki qaydalar əsasında həyata keçirdiyi üçün zəmilərin hər hektarından 40 sentnerdən çox buğda götürdü.
İndi becərdiyi 4 hektar şəkər çuğunduru sahəsində məhsul tədarükünə başlanıb. Anar deyir ki, yığıma başlayanda, ona irad tutdular ki, hələ tezdir. Ancaq nəticə göz qabağındadır. Becərmə yaxşı təşkil edildiyindən məhsuldarlıq yüksəkdir. Sahələrin kənarında 2 ədəd subartezian quyusu var. Bu isə məhsuldarlığa yaxşı təsir göstərib. 4 hektar sahənin hər hektarından azı 70-80 ton məhsul gözlənilir.
Adil HÜSEYNOV,
Hü
sənli kənd sakini, fermer
Teqlər: Kənd təsərrüfatı
31Avq
Ötən ayın son günləri idi. Mərkəzi qəzetlərin səhifələrində bir qrup dövlət qulluqçusunun mükafatlandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı dərc olunmuşdur. Sərəncamla həmyerlimiz Musayev İlqar Xosrov oğlu da “Tərəqqi” medalına layiq görülmüşdür. Məlumatı oxuduğum andan çox keçməmiş redaktor yaradıcı kollektivi yanına çağırıb həmyerlimizin dövlət mükafatı almasını bildirdi və onun haqqında məqalə yazılması tapşırığını verdi. Sanki redaktor fikrimdən xəbər tutmuşdu.
–O mənim iş yoldaşım olub,–dedim.
–Elə isə İlqar Musayev haqqında yaxşı bir yazı hazırlayın, bunu sizə tapşırıram,–dedi.
İş otağına qayıdıb rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan İlqar Musayevlə telefon əlaqəsi saxlayıb, redaktorun fikrini bildirdim. Görüşüb söhbət edəcəyimiz vaxtı müəyyənləşdirdik. Daha ətraflı »
Teqlər: Digər
31Avq
PƏRVANƏ SÜLEYMANLI –641 BAL
641 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan Pərvanə Süleymanlı Sarov kənd tam orta məktəbinin məzunudur. Bizimlə söhbətində Pərvanə dedi:
–Uşaqlıqdan həkimlik peşəsi mənə qeyri-adi görünüb. Həmişə özümü insanlara şəfa bəxş edən “ağ xalatlılar” sırasında görmək istəmişəm.
Pərvanənin gərgin zəhməti öz bəhrəsini verib. Bu gün doğma məktəbinin müəllimləri və valideynləri onunla birlikdə sevinirlər.
Teqlər: Təhsil
31Avq
Fidan Ağazadə şəhər 1 saylı tam orta məktəbini bu il bitirib. Bir çox həmyaşıdları kimi bu günlər onun da sevinci hədsizdir. Həkim olmaq, insanların sağlamlığı keşiyində durmaq arzusu ilə IV qrup üzrə imtahanlardan 637 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.
Onlar ailədə bir qardaş, 1 bacıdırlar. Fidanın böyük qardaşı Orxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kursunda oxuyur.
Ailənin hər iki övladına təhsildə müvəffəqiyyətlər arzulayırıq.
Teqlər: Təhsil
31Avq
Şəhər 1 saylı tam orta məktəbin məzunu Aysel Səfərli 612 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Redaksiyamızda olarkən Aysel dedi: Təhsilimi başa vurandan sonra bir həkim kimi rayonumuza qayıtmaq və qəhrəman tərtərlilərin cansağlığı keşiyində dayanmaq ən böyük arzumdur.
Teqlər: Təhsil
31Avq
Onlar 2 bacı–Banu və Çiçək bir sinifdə oxuyublar. Şəhər 6 saylı məktəbin məzunlarıdır. Hər ikisi ali ixtisas məktəblərinə qəbul olunmaq üçün imtahan verərək eyni ixtisasa qəbul olunublar. Banu 604 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişsiz, Çiçək isə 225 balla Gəncə şəhərindəki Texnologiya Universitetinin ödənişli kompüter mühəndisliyi fakültəsində təhsil alacaqlar. Banu şəhər 6 saylı tam orta məktəbi müvəffəq qiymətlərlə bitirib. Məqsədi yaxşı oxumaq, gələcəkdə Vətənimizə layiqli bir övlad olmaqdır.
Teqlər: Təhsil
31Avq
Tural Yunisli Köçərli kənd tam orta məktəbini bu il bitirərək 638 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub.
Söhbət zamanı bildirdi ki, gələcəkdə arzusu səfir olmaqdır.
Turalın bacısı Leyla da ötən il Azərbaycan Dövlət Universitetinin tərcümə fakültəsinə daxil olub. Ailənin hər iki övladına ali məktəbləri yüksək qiymətlərlə başa vurmalarını arzu edirik.
Teqlər: Təhsil
31Avq
Orxan Əsgərov hərbi xidmətini bu il başa vurub. Ordudan tərxis olunandan sonra ali məktəblərə qəbul imtahanlarında iştirak edib və 635 balla Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub.
Əsgərliyə getməzdən əvvəl isə Orxan Şuşa Musiqi Texnikumunu bitirib. O, şəhər 1 saylı tam orta məktəbin məzunudur. Qardaşı Əli Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində təhsil allır.
Teqlər: Təhsil
31Avq
İbrahimzadə Nicat Sahib oğlu şəhər 2 saylı məktəb-liseyin məzunudur. Rayonda 600-dən yuxarı bal toplayanlardandır. II qrupda 2 dəfə imtahan verib, hər ikisində də yüksək–600-dən çox bal toplaya-raq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və auditi fakültəsinə qəbul olub. Bu arzu onda hələ üç il əvvəldən qardaşı Rəşad həmin universitetin birinci kursunda oxuyarkən yaranmışdı. Təsadüfdən qardaşların ali məktəblərə qəbulu eyni balla olub–619. Hətta Nicat ballarını yoxlayarkən elə bilib ki, qardaşı Rəşadın balı səhvən ona yazılıb.
Nicat redaksiyamıza iqtisad universitetinin 3-cü kurs tələbəsi qardaşı Rəşadla birlikdə gəlmişdi. İxtisas seçimində ona qardaşı Rəşadın böyük təsiri olub. Nicat inanır ki, universiteti də müvəffəqiyyətlə başa vuracaqdır.
Teqlər: Təhsil
31Avq
Nemətova Türkan Ədalət qızı 2001-ci ildə anadan olub. Rayonumuzun Ağkənd kəndində yaşayır. O, bu il Əli Kərimov adına Cəmilli kənd tam orta məktəbini bitirib. Bir çox həmyaşıdları kimi arzusu qəbul imtahanlarını müvəffəqiyyətlə verib universitetə qəbul olmaq idi. Budur, indi Türkanın arzusu reallığa çevrilib.
Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub.
Sevincini bütün doğmaları ilə bölüşən Türkan deyir ki, bu uğuruma görə ilk növbədə orta məktəb müəllimlərimə minnətdarlığımı bildirirəm. Bir də sevinirəm ona görə ki, valideynlərimin və müəllimlərimin çəkdikləri əziyyəti yerdə qoymadım.
Teqlər: Təhsil
Yeni ismarıclar