ÖNCÜL QÜVVƏ
YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir istirakçıları hörmət əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə güllər qoydular.
Tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirildi. Ümummilli Lider Heydər Əliyevin və YAP sıralarından dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə etdi. Bildirdi ki, bu gün yaranmasının 24-cü ildönümünü qeyd etdiyimiz YAP Tərtər Rayon Təşkilatının təsis konfransı 1993-cü ilin iyul ayının 25-də keçirilərək rayon təşkilatı yaradıldı. Təşkilatımız yarandığı vaxt onun üzvlərinin sayı cəmi 88 nəfər idisə, indi 83 ərazi ilk təşkilatı özündə 6073 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3312 nəfəri və ya 52%-i qadın, 48%-i isə kişidir. Onlardan 3 nəfəri elmlər namizədidir. Hazırda partiya üzvlərindən 1395 nəfərini gənclər təşkil edir. 2017-ci ilin bu gününədək 195 nəfər YAP sıralarına qəbul olunmuşdur ki, onların da 110 nəfəri və ya 73%-i gənclər, 98%-i isə qadınlardır. Partiyamızın rayon təşkilatı 24 il ərzində böyümuş, mətinləşmiş, ideyasiyası tərbiyə və təşkilatçılıq təcrübəsi ilə daha da zənginləşmişdir. YAP üzvləri ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafı istiqamətində fəallıq göstərir, həyata keçirilən bütün işlərdə öncüllükləri ilə fərqlənirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtər və tərtərlilərə böyük diqqət və qayğısı, rayon rəhbərliyinin, hörmətli icra başçımız Müstəqim Məmmədovun təşkilatçılığı və gərgin əməyi sayəsində rayonda böyük tikinti, abadlıq və quruculuq işləri görülür. Ötən il partiyamızın sədri, möhtərəm Prezident cənab İlham Əliyevin 2 dəfə rayonumuza səfər etməsi, məlum aprel hadisələrindən sonra rayonun yaşayış məntəqələrinə, infrastruktura dəymiş zərərin aradan qaldırılması üçün ayırdığı vəsait, sonuncu səfəri zamanı bərpa olunmuş evlərin və binaların açılışlarında, xüsusi ilə də YAP rayon təşkilatı üçün inşa olunmuş yeni binanın açılışındakı iştirakı hər bir tərtərlidə böyük qürur və iftixar hissi yaratmışdır.
YAP rayon təşkilatının üzvlərinin də gərgin əməyi sayə-sində rayonumuz günbəgün, anbaan yeniləşir. Görülən işlər insanlarımızın dövlətə və dövlətçiliyə, dövlət başçımıza olan inamını durmadan artırır.
Məruzə ətrafında təhsil ilk partiya təşkilatının sədri İntiqam Nuruyev, Qapanlı ərazi ilk partiya təşkilatının sədri Rizvan Əzimov, nəzarət-təftiş qrupunun sədri Həcər Xeyri, şura üzvləri Azər Ağayev, Gülarə Əhmədova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva çıxış edərək YAP-ın uzunömürlü bir partiya olmasını, bildirdilər.
Sonda YAP sıralarına yeni daxil olan gənclərə uzvlük vəsiqəsi təqdim olundu.
“Yeni Tərtər”